Çin Xalq Respublikasının Sədri
zati-aliləri cənab Si Cinpinə
Hörmətli cənab
Sədr!
Çin Xalq Respublikasının Sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Biz tarixi köklərə malik Azərbaycan-Çin əlaqələrinə böyük əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi siyasi, iqtisadi və humanitar sahələrdə geniş formatlı və faydalı əməkdaşlığımız üçün mühüm amildir. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı münasibətləri xalqlarımızın qarşılıqlı mənafeyi naminə daha da genişləndirmək və inkişaf etdirmək üçün yaxşı imkanlar var.
Əminəm ki, ənənəvi dostluq münasibətlərimizin daim möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylərimiz bundan sonra da ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çin xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 15 mart 2013-cü il
Azərbaycan.-2013.- 16 mart.- S.1.