Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci
bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, I
kitab, maddə 584, ¹ 12, maddə 835; 2001, ¹ 1, maddə 24, ¹ 3,
maddə 139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12,
maddə 731; 2002, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5,
maddələr 234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹
12, maddə 692; 2003, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr
177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr
407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr
713, 714; 2004, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr 200, 201, 204, ¹
5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397, ¹ 8, maddələr
596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə 900, ¹ 12, maddə
973; 2005, ¹ 1, maddələr 5, 6,
¹ 2, maddə 61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6,
maddələr 462, 466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691,
692, ¹10, maddələr 875, 877, 904, ¹ 11, maddələr 993, 994,
995, ¹ 12, maddələr 1083, 1085; 2006, ¹ 2, maddələr 64, 68,
¹ 3, maddələr 219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə
478, ¹ 11, maddələr 923, 924, 932, ¹ 12, maddələr 1005,
1020, 1024; 2007, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr
397, 398, 401, 440, ¹ 6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə
757, ¹ 10, maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr
1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195,
1211, 1217, 1218, 1221; 2008, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152, 159, ¹ 4,
maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454, 460, 461,
464, ¹ 7, maddələr 601, 602, 605, ¹ 8, maddələr 699, 701,
711, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr 956, 957, ¹
12, maddələr 1045, 1047, 1049; 2009, ¹ 2, maddələr 36, 45,
49, 52, 53, ¹ 5, maddələr 309, 315, ¹ 6, maddələr 404, 405,
¹ 7, maddələr 517, 518, 519, ¹ 8,
maddə 611, ¹ 12, maddələr
953, 954, 966, 971; 2010, ¹ 2, maddələr 70, 71, ¹ 3, maddələr
167, 171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 5, maddələr 379,
380, ¹ 6, maddə 483, ¹ 7, maddələr 577, 591, 594, 595, 598, 600,
¹ 10, maddə 838, ¹ 11, maddələr 936, 938, 949, ¹ 12, maddə
1059; 2011, ¹ 2, maddələr 70, 71, ¹ 3, maddələr 162, 164,
167, 168, 170, ¹ 4, maddələr 246, 254, ¹ 6, maddələr 470,
479, 487, ¹ 7, maddələr 596, 614,
¹ 10, maddə 881, ¹ 11, maddə 981, ¹ 12, maddələr
1094, 1095, 1099, 1103, 1106; 2012, ¹ 1, maddə 3, ¹ 2, maddə 50, ¹ 3,
maddə 194, ¹ 4, maddə 271, ¹ 5, maddə 404, ¹ 6, maddə 499,
¹ 7, maddələr 649, 665, 667, ¹ 9, maddə 843; Azərbaycan
Respublikasının 2012-ci il 1 oktyabr tarixli 436-IVQD nömrəli,
16 oktyabr tarixli 439-IVQD və 447-IVQD nömrəli, 2 noyabr
tarixli 462-IVQD nömrəli qanunları)
aşağıdakı dəyişikliklər edilsin:
1.Aşağıdakı
məzmunda 120-1-ci maddə əlavə edilsin:
"
Maddə 120-1. Mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında qanunvericiliyin pozulması
120-1.1.
Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi
və səmərəli istifadəsi haqqında qanunvericiliyin
pozulmasına, yəni:
120-1.1.1.
Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni
brend bitkilərin areallarında başqa növ bitki nümunələrinin
istehsalçılarına dövlət vəsaiti hesabına
yardımın göstərilməsinə;
120-1.1.2.
mədəni bitkilərin genetik ehtiyatlarının milli
kolleksiyalarının mühafizəsi qaydalarının
pozulmasına;
120-1.1.3.
Azərbaycan Respublikasının Milli Genbankının
davamlılığına mane olan hərəkətlərə,
yəni soyuducu kameraların motorlarının, quruducu
aparatların elektrik təchizatının
dayandırılmasına (kəsilməsinə), yanğın
törədə biləcək tezalışan maddələrin
Azərbaycan Respublikasının Milli Genbankının ərazisinə
gətirilməsinə, toxumların saxlanma rejiminin
pozulmasına;
120-1.1.4.
Azərbaycan Respublikasında aqroekosistemlər
üçün potensial əhəmiyyətə malik olan nadir
və nəsli kəsilməkdə olan bitki növlərinin
(populyasiyalarının) genetik ehtiyatlarının mühafizəsinə
ziyan vuran fəaliyyətə, yəni arealları təyin
edilmiş və mühafizəyə cəlb edilən nadir və
nəsli kəsilməkdə olan bitki növlərinin qanunsuz
toplanmasına, onların yerləşdiyi ərazilərdə
mal-qaranın otarılmasına, həmin ərazilərin
yandırılmasına görə -
fiziki
şəxslər iki yüz manatdan üç yüz manatadək
miqdarda, vəzifəli şəxslər beş yüz manatdan
altı yüz manatadək miqdarda, hüquqi şəxslər
min beş yüz manatdan iki min manatadək miqdarda cərimə
edilir.
120-1.2.
Elmi-tədqiqat, sınaq və sərgilərdə
nümayiş məqsədləri istisna olmaqla, genetik
modifikasiya olunmuş bitkilərin genetik materiallarının Azərbaycan
Respublikasının ərazisinə gətirilməsinə,
rayonlaşdırılmasına və dövlət reyestrinə
daxil edilməsinə görə -
fiziki
şəxslər üç min manat miqdarında, vəzifəli
şəxslər on min manat miqdarında, hüquqi şəxslər
əlli min manat miqdarında cərimə edilir.".
2.
360.1-ci maddədə "119-1.2," rəqəmlərindən
sonra "120-1," rəqəmləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 fevral
2013-cü il
Azərbaycan.-2013.- 16 mart.- S.1.