«Ətraf mühitin
mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci
bəndini rəhbər tutaraq, "Ətraf mühitin
mühafizəsi haqqında" Azərbaycan
Respublikasının Qanununu "Mədəni bitkilərin
genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara
alır:
"Ətraf
mühitin mühafizəsi haqqında" Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999, №8, maddə 472; 2001, №3, maddə 148;
2002, №5, maddə 238; 2003, №4, maddə 178; 2004, №2, maddə 57,
№4, maddə 201; 2008, №2, maddə 47; 2009, №10, maddə 769)
4-cü maddəsinin 2-ci hissəsinə
aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə
edilsin:
"2.3-1.
"Mədəni bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və səmərəli istifadəsi
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, genetik modifikasiya olunmuş bitkilərin, eləcə
də müasir biotexnoloji və gen mühəndisliyi
metodları ilə yaradılmış kənd təsərrüfatı
bitki materiallarının idxalına və dövriyyəsinə
dövlət nəzarətini həyata keçirmək;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 fevral
2013-cü il
Azərbaycan.-2013.- 16 mart.- S.2.