«Seleksiya nailiyyətləri
haqqında» Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü
bəndini rəhbər tutaraq, "Seleksiya nailiyyətləri
haqqında" Azərbaycan Respublikasının Qanununu "Mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara
alır:
"Seleksiya
nailiyyətləri haqqında" Azərbaycan Respublikası
Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997, №4, maddə 269;
2000, №3, I kitab, maddə 143; 2007, №5, maddə 397) 6-cı maddəsinin
onuncu hissəsinə üçüncü abzasdan sonra aşağıdakı
məzmunda abzaslar əlavə edilsin:
"seleksiya
nailiyyəti nümunəsinin Azərbaycan Respublikasının
Milli Genbankında saxlanmağa qəbulu haqqında
arayış;
genetik pasport.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral
2013-cü il
Azərbaycan.-2013.- 16 mart.- S.2.