"Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarı ilə
təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və
təşkili Qaydaları"nda dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
№ 40 Bakı şəhəri, 7 mart
2013-cü il
"Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası haqqında Əsasnamə"də
dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 688 nömrəli
Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010, № 3, maddə 261; 2011, № 9, maddə 858)
ilə təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu
və təşkili Qaydaları"nın 2.7-ci bəndində
"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən
müəyyənləş-dirilir və Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq
edilir" sözləri "Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin təklifinə əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan
Respublikasının Prezidenti yanında Təhsil üzrə
Komissiyaya təqdim edilir" sözləri ilə əvəz
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 16 mart.- S.2.