"Azərbaycan Polis Akademiyasını
təşkil etmək tədbirləri barədə" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 iyun tarixli 321
nömrəli qərarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 41 Bakı şəhəri, 7 mart
2013-cü il
Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası haqqında Əsasnamə"də
dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 688 nömrəli
Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.
"Azərbaycan Polis Akademiyasını təşkil etmək
tədbirləri barədə" Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1992-ci il 9 iyun tarixli 321 nömrəli qərarında
aşağıdakı dəyişikliklər edilsin:
1.1.
adında "Azərbaycan Polis Akademiyasını" sözləri
"Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Polis Akademiyasını" sözləri ilə əvəz
edilsin;
1.2.
1-ci hissə aşağıdakı redaksiyada verilsin:
"1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul planı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim edilir.";
1.3. 2-ci hissədə, 3-cü hissənin birinci abzasında, 4-cü və 6-cı hissələrdə "Azərbaycan Polis Akademiyasının" sözləri "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının" sözləri ilə əvəz edilsin;
1.4.
5-ci hissənin birinci abzasında "Azərbaycan Polis
Akademiyası" sözləri "Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Polis
Akademiyası" sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 16 mart.- S.2.