Ailə, qadın və uşaq
problemlərinin həlli sahəsində əməkdaşlığın
perspektivləri müzakirə olunmuşdur
Martın
15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bakıda
səfərdə olan Pakistan nümayəndə heyəti ilə
görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüşdə ailə, qadın və
uşaq problemlərinin həlli sahəsində Azərbaycan-Pakistan
əməkdaşlığının perspektivləri
müzakirə olunmuşdur.
Rəhbərlik
etdiyi qurumun fəaliyyəti barədə məlumat verən
H.Hüseynova Azərbaycan dövlətinin siyasətində ailə,
qadın, uşaq problemlərinin həllinin prioritet istiqamətlərdən
biri olduğunu söyləmişdir.
Ölkəmizdə həyata keçirilən dövlət qadın siyasəti haqqında geniş məlumat verən H.Hüseynova Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın qadınların sosial rolunun daha da artırılmasına, onların müxtəlif sahələrdə bərabərhüquqlu fəaliyyət imkanlarının genişləndirilməsinə, uşaq hüquqlarının tam həcmdə həyata keçirilməsinə və ailə dəyərlərinin möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətini xüsusi vurğulamışdır. AQUPDK sədri müvafiq istiqamətlər üzrə xarici ölkələr, o cümlədən Pakistan ilə əməkdaşlığın inkişafının xüsusi əhəmiyyətini qeyd etmişdir.
Pakistan
Milli Assambleyasının deputatı, Milli Assambleyada Pakistan-Azərbaycan
dostluq qrupunun üzvü Rabina Saadat Qaimxanı Azərbaycanda
reallaşdırılan dövlət qadın siyasətini,
habelə ailə və uşaq problemlərinin həlli sahəsində
toplanmış təcrübəni yüksək qiymətləndirmişdir.
Azərbaycan.-2013.- 16 mart.- S.3.