Heydər Əliyev Fondu
ilə ABŞ arasında təhsil, tələbə mübadiləsi, qadın peşə məktəblərinin
yaradılması istiqamətində fikir mübadiləsi
aparılmışdır
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
martın 15-də ABŞ-ın ölkəmizdəki səfiri
Rişard Morninqstar ilə görüşmüşdür.
Mehriban
xanım Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti
barədə məlumat vermiş, beynəlxalq qurumlar, o
cümlədən UNESCO və İSESCO ilə əməkdaşlıq
istiqamətləri barədə danışmışdır.
Görüşdə
Heydər Əliyev Fondu ilə ABŞ arasında təhsil, tələbə
mübadiləsi, qadın peşə məktəblərinin
yaradılması istiqamətində fikir mübadiləsi
aparılmışdır. Həmin məktəblərdə
qızlar müxtəlif peşələrə yiyələnəcəklər.
Qeyd
olunmuşdur ki, Azərbaycanda qadın sahibkarlara dövlət
dəstəyi göstərilir, onların cəmiyyətdəki
rolu, ictimai fəaliyyətinin stimullaşdırılmasına
xüsusi diqqət göstərilir.
Səfir
Mehriban xanım Əliyevanı qarşıdan gələn
Novruz bayramı münasibətilə təbrik etmişdir.
Görüşdə
qarşılıqlı maraq doğuran digər layihələr
ətrafında da fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 16 mart.- S.4.