Bakıda Azərbaycan-Rumıniya Ticarət
Palatasının açılış mərasimi olmuşdur
Martın
15-də Bakıda Azərbaycan-Rumıniya Ticarət
Palatasının açılış mərasimi olmuşdur.
AzərTAc
xəbər verir ki, açılışda Rumıniya
Deputatlar Palatasının sədri Valeriu Zqonea və Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondunun
(AZPROMO) rəhbəri Rüfət Məmmədov
çıxış etmişlər.
Natiqlər
bu palatanın iki ölkə arasında mövcud iqtisadi əlaqələrin
inkişafında, yeni əməkdaşlıq sahələrinin
müəyyənləşdirilməsində və tərəfdaşların
tapılmasında əhəmiyyətli olacağını
vurğulamışlar.
Valeriu
Zqonea bildirmişdir ki, Bakıda olmağımdan çox məmnunam.
Qısa müddət ərzində Azərbaycan çox
böyük inkişafa nail olmuşdur və bu məni heyran
etdi. İki ölkə arasında iqtisadi əlaqələri
daha da inkişaf etdirməliyik. Buna görə də Bakıda
biznes-forumun keçirilməsi və ticarət
palatasının açılması çox vacib bir amildir.
Rumıniya Azərbaycan ilə əlaqələrin
inkişafında maraqlıdır. Azərbaycan və
Rumıniya öz regionlarında stabil inkişaf edən ölkələrdir.
Qarşılıqlı investisiyaların yatırılması
mühümdür. İki ölkənin tarixi
oxşarlıqları çoxdur.
AZPROMO-nun
rəhbəri R.Məmmədov bildirmişdir ki, ölkələrimiz
arasında iqtisadi və digər sahələrdə əlaqələr
uğurla inkişaf edir. Bakıda ticarət palatasının
açılışı bunun bariz nümunəsidir. Bu palata
Azərbaycan və Rumıniya sahibkarları arasında əlaqələrin
genişləndirilməsinə töhfəsini verəcəkdir.
Daha
sonra mərasim iştirakçıları palata ilə
yaxından tanış olmuşlar.
Azərbaycan.-2013.- 16 mart.- S.4.