Bakıda «YARAT!» Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə

 «PARTICIPATE» Baku Public Art» festivalı açılmışdır

 

Bakıda "YARAT!" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə "PARTICIPATE" Baku Public Art" festivalı açılmışdır.

AzərTAc xəbər verir ki, festivalın açılış mərasimində "YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova çıxış edərək  qeyri-kommersiya təşkilatının ötən il keçirdiyi "012 Baku Public Art" festivalı və həmçinin təqdim olunan yeni layihə haqqında məlumat vermişdir. Bildirmişdir ki, 21 rəssamın iştirak etdiyi əvvəlki festivalda qarşıya qoyulan məqsədə nail olunmuş, müasir incəsənət əsərləri paytaxtımızda geniş ictimaiyyətə təqdim edilmişdir.

Yeni təqdim olunan "PARTICIPATE" Baku Public Art" festivalı isə Azərbaycan xarici rəssamların 10 əsərini əhatə edir. Layihənin məqsədi müasir şəhərlər üçün "Public Art"ın rolu əhəmiyyəti haqqında müəyyən təsəvvürləri təkmilləşdirmək, həmçinin Azərbaycanda müasir incəsənət anlamını daha da dərinləşdirməkdir.

Aida Mahmudova bildirmişdir ki, Azərbaycan, Rusiya, Böyük Britaniya, ABŞ, Gürcüstan Hollandiyadan olan rəssamların əsərləri növbəti altı ay ərzində şəhərimizin müxtəlif yerlərində nümayiş etdiriləcəkdir.

Festivalın əsərləri sırasına ABŞ-dan "Rebar" yaradıcı qrupunun səyyar, fiziki güc ilə hərəkət etdirilə bilən park - "Parkcycle", Hollandiyadan Florentin Hofmanın hava ilə doldurulmuş nəhəng "Rezin ördək" Azərbaycandan Afət Bağırovanın fəlsəfi-etiraf əsərləri s. daxil edilmişdir.

Festivalı xarakterizə edən əsas cəhətlərdən biri onun mühazirələrlə, seminarlarla, ustad dərsləri ilə müşayiət olunması burada tamaşaçıların iştirakıdır.

Festivalda Azərbaycandan Afət Bağırova, Çingiz Babayev, Fərhad Haqverdiyev, Orxan Məmməd, Səbinə Şıxlinskaya, xarici ölkələrdən Nailə Allahverdiyeva (Rusiya), "Rebar" qrupu (ABŞ) "Bulyon" qrupu (Gürcüstan), Florentijn Hofman (Hollandiya), Patrisio Forester Artmongers (Böyük Britaniya) iştirak edəcəklər.

"PARTICIPATE" Baku Public Art" festivalının açılışı bu il ölkəsini rəsmi olaraq Venesiya Biennalesində qurulan "Gürcüstan pavilyonu" ilə təmsil edən "Bulyon" qrupunun "Mənzil 9" əsərinin təqdimatı ilə reallaşmışdır.

Rəssamlar festival qonaqlarının sərbəst hərəkətlərini məhdudlaşdıraraq tam bir mənzili rəngə boyamışlar. Bu təqdimat ictimai məkanda şəxsi azadlıq təəssüratlarını yaratmış bizi sovet postsovet dövrlərinin reallıqlarına aparmışdır. Rəssamlara görə, Sovet İttifaqı dövründə ictimai məkan anlayışı mövcud olmamışdır. "İctimai məkan" anlayışı siyasi təbliğatın aparılması məqsədi ilə istifadə olunmuşdur.

Florentiyn Hofmanın 12 metr uzunluğunda "Rezin ördək" adlı əsəri festivalın proqramına xüsusi şuxluq yumor hissi gətirəcəkdir. Hava ilə doldurulan nəhəng fiqur, uşaqlıqla bağlı xoş xatirələri canlandıracaq çoxsaylı tamaşaçıların qəlbində rəğbət doğuracaqdır. Rəssamın qeyd etdiyi kimi, bu əsərin dərin şəxsi, eyni zamanda, ümumi olan özəlliyi vardır. Bu, mədəni, dil yaş həddini aradan qaldırmağa imkan verir. "Rezin ördək" ilə gözlənilməz qarşılaşma tamaşaçılarda həm sevinc, həm təəccüb hissi yaradacaq, bizim şəhər mühitində müasir incəsənət haqqında təsəvvürlərimizi tamamilə dəyişdirəcəkdir.

ABŞ-ın "Rebar" qrupunun yaratdığı "Parkcycle" əsəri, əslində, Bakı küçələrində gəzdiriləcək birağaclı kiçik səyyar parkdır. Müəlliflər tərəfindən "ictimai yerlərdə insan tərəfindən idarə olunan sistem" kimi təsvir olunan bu əsər ilk dəfə 2007-ci ildə San-Fransisko şəhərində yaradılmış yerləşdiyi yerdə insanların yaşıl sahələrə çıxış əldə etməsini asanlaşdırmışdır.

"Rebar" qrupunun bu parkı Bakı şəhərinə gətirməkdə məqsədi bu cür ictimai heykəltəraşlıq janrının xüsusiyyət imkanlarını genişləndirmək, həmçinin ümumi maarifləndirmə səviyyəsini yüksəltmək yaşıl sahələrin qədər əhəmiyyətli olduğunu təbliğ etməkdir.

Yerli, Azərbaycan rəssamlarının təqdim edəcəkləri layihələr festivala gələn tamaşaçıların iştirakını nəzərdə tutur. Bakı şəhərində yaşayan işləyən insanların həyatını əhatə edən Afət Bağırova tərəfindən yaradılan "Sirrini mənə söylə" əsərində tamaşaçılara qulaq şəklində qurulan quraşdırma təqdim edilir. O, tamaşaçılara öz sirlərini danışmaq, eyni zamanda, əsərin digər tərəfində yerləşən qulaqlıqlar vasitəsilə müxtəlif insanların sirlərinə qulaq asmaq imkanını yaradır.

Orxan Məmməd "VİP keçid" adlı əsərində Bakı şəhərində yol-nəqliyyat problemlərini təsvir etmişdir. O, həmçinin piyadaları məlumatlandırmaq keçidlərdən istifadə dərəcəsini artırmağa çalışacaqdır. Bunun üçün o, Bakı şəhərində bir o qədər istifadə olunmayan keçidləri bəzəyəcək, "VİP qırmızı xalça" effektini yaradacaqdır.

Rəssam Çingiz Babayevin yaratdığı fəlsəfi multimedia "Müsbət, ya mənfi?" adlı layihəyə uyğun olaraq, paytaxt sakinlərinin əhval-ruhiyyəsi sorğu-sual ediləcək bununla onların emosiyaları izhar olunacaqdır.

Fərhad Haqverdiyev isə əksinə olaraq, Bakıda ən özəl ən baxımsız sayılan məkandan - arxa həyətdən bəhs edəcəkdir. Azərbaycan paytaxtında bina fasadlarının bəzədilməsinə cavab olaraq, rəssam çox vaxt nəzarətsiz buraxılan özəl sahələri əlvan rənglərə boyamaqla, həyətlərə ictimai marağın artırılmasına nail olmağa çalışır.

"PARTICIPATE" Baku Public Art" festivalı 6 ay ərzində texniki üslubuna mənasına görə fərqlənən çoxsaylı ictimai tədbirlər keçirməklə Bakı şəhərində müəyyən dəyişikliklər etmək qərarına gəlmişdir. Festivalda iştirak edən rəssamlar, şəhər əhalisi ilə ünsiyyət yaratmaqla sosial yaradıcılıq baxımından təkmilləşdirmə işlərini həyata keçirmək niyyətindədir.

Festival zamanı müxtəlif ölkələrdən gələn rəssamların, kuratorların mühazirəçilərin iştirakı ilə təhsil tədbirləri keçiriləcəkdir. Beləliklə, dünya ictimaiyyəti Bakını Azərbaycanı inqilabi, müasir incəsənət məskəni kimi qəbul edə biləcəkdir.

Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilmiş "YARAT!" Müasir İncəsənət Məkanı Azərbaycanda müasir incəsənət anlayışının yayılmasına, ölkədə onun hüdudlarından kənarlarda Azərbaycan incəsənətinin platformasını qurmağa çalışan qeyri-kommersiya təşkilatıdır.

Bakı şəhərində yerləşən "YARAT!" ("yarat" - burada "qur" mənasını verir) təşkilatı davamlı olaraq sərgilər, təhsil tədbirləri festivallar keçirməklə öz missiyasını yerinə yetirir. Fondlar, sərgi salonları muzeylər daxil olmaqla, yerli beynəlxalq incəsənət şəbəkələri arasında dialoqun təcrübə mübadiləsinin aparılmasına çalışır. Təşkilat ixtisasartırma kursları vasitəsilə qlobal mədəniyyət dialoqu tərəfdaşlıq sahəsində imkanlardan yararlanır.

"YARAT!" təşkilatının təhsillə bağlı həyata keçirdiyi tədbirlər sırasında mühazirə, seminar vorkşopların təşkil edilməsini, "ARTIM" ("artım" - burada "böyümə", "tərəqqi" mənasını verir) Gənc Rəssamlar Proqramı üzrə görülən işləri qeyd etmək olar. "ARTIM" Proqramı Azərbaycanın istedadlı gənclərinin incəsənət sahəsinə cəlb olunması gənc rəssamlara öz əsərlərini peşəkar kontekstdə nümayiş etdirmək imkanlarını yaradır.

"YARAT!" yerli incəsənət infrastrukturun inkişafı ilə bağlı öhdəliklərini yerinə yetirmək məqsədilə onun nəzdində fəaliyyət göstərən "YAY" ("yay" - burada "paylaş" mənasını daşıyır) kommersiya əsaslı sərgi məkanı ilə həyata keçirdiyi tədbirləri qeyd etməmək mümkün deyildir. Bu öhdəliyə əsasən, "YAY" sərgi salonu satışlardan əldə olunan bütün gəlirləri rəssamlarla "YARAT!" arasında bölür, bir çox yerlixarici rəssamlara dəstək olur.

 

Azərbaycan.-2013.- 16 mart.- S.10.