Parisdə Fransa-Azərbaycan biznes-forumu keçirilmişdir
Azərbaycanı Avropa ölkələrində
tanıtmaq istiqamətində
mühüm layihələr
həyata keçirən
Avropa-Azərbaycan Cəmiyyətinin
təşkilatçılığı ilə martın 14-də Parisdə "Azərbaycan:
Qafqazın lokomotivi-investisiya
potensialı və imkanları" mövzusunda
biznes- forumu keçirilmişdir. Forumda enerji
texnologiyası, su və saflaşdırma, ərzaq, telekommunikasiya və peyk, böyükmiqyaslı
infrastruktur layihələri
əsas müzakirə
obyekti olmuşdur.
Forumu açan Avropa-Azərbaycan
Cəmiyyətinin nümayəndəsi
Vanessa Ren Azərbaycanın
investisiya sahəsində
Avropa, xüsusilə Fransa ilə əlaqələr qurmaqda maraqlı olduğunu, bu gün Fransanın
Azərbaycan ilə ticarət sahəsində əməkdaşlıq etdiyi
ölkələr arasında
ikinci yeri tutduğunu diqqətə çatdırmışdır.
Fransanın Azərbaycandakı ilk səfiri, Fransa-Azərbaycan
Ticarət Palatasının
sədri Jan Perrən Fransanın Azərbaycanın
müstəqilliyini tanıyan
və ölkəmiz ilə diplomatik əlaqələr quran ilk
dövlətlərdən biri
olduğunu, Azərbaycan
üçün çox
ağır dövrdə
- torpaqlarımızın ermənilər
tərəfindən işğal
edildiyi bir vaxtda səfir kimi fəaliyyətə başladığını, məhz
Azərbaycanın çətin
günlərində xalqın
təkidli tələbi ilə uzaqgörən siyasətçi
Heydər Əliyevin Bakıya gəldiyini xüsusi vurğulamış,
məhz ulu öndərin apardığı
uğurlu daxili və xarici siyasət sayəsində ölkədə sabitliyin bərpa olunduğunu və iqtisadi sahədə nəzərəçarpacaq
irəliləyiş əldə
edildiyini bildirmişdir.
Ümummilli lider Naxçıvanda
olarkən onu ziyarət etdiyini və Heydər Əliyevlə görüşdüyünü
xatırladan J.Perrən
ulu öndərin prezident
seçildikdən sonra
ilk xarici səfərini
Fransadan başladığını
diqqətə çatdırmışdır.
J.Perrən demişdir:
"Əgər kimsə
Azərbaycanın ağır
günlərində bu
ölkədə səfərdə
olubsa, bu gün həmin adam Odlar
Yurdunda tamamilə fərqli bir mənzərə ilə qarşılaşacaqdır. Bakının
və rayonların görünüşü tamamilə
dəyişmiş, müasir tələblərə cavab
verən magistral yollar salınmışdır.
Bir sözlə, Azərbaycan sürətli
inkişaf yolu
tutmuşdur".
Keçmiş səfir dünyanın
tanınmış şəxsiyyətlərindən
biri olan Heydər Əliyevin siyasətinin uğurlu davamçısı Prezident
İlham Əliyevin ölkənin dinamik inkişafına xüsusi diqqət yetirdiyini, Azərbaycanın işıqlı
və zəngin gələcəyi
naminə səy və bacarığını
əsirgəmədiyini, xarici
sərmayə üçün
münbit şərait
yaradıldığını, respublikamızın beynəlxalq
aləmdə imicinin gündən-günə artdığını
bildirmişdir.
Fransa Xarici İşlər Nazirliyi Qafqaz və Mərkəzi Asiya üzrə idarəsinin əməkdaşı
Fransua Dekahus forumun Fransa-Azərbaycan iqtisadi əlaqələrinin
inkişafına öz
töhfəsini verəcəyini,
təmsil etdiyi nazirliyin ölkəmizlə iqtisadi
əməkdaşlıqda maraqlı
olduğunu, iki ölkə arasında gözəl siyasi əlaqələr qurulduğunu,
Fransanın ATƏT-in Minsk qrupunun
həmsədrlərindən biri kimi fəaliyyət
göstərdiyini, ötən
ilin sentyabr ayında Yelisey sarayında Fransa Prezidenti Fransua Olland ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşünün yüksək
səviyyədə keçdiyini,
Fransa Azərbaycanı
həmişə özünə
dost bildiyini qeyd etmişdir.
Avropa-Azərbaycan Cəmiyyətinin direktoru
Lionel Zetter cəmiyyətin
Azərbaycanı iqtisadi,
siyasi və mədəni sahələrdə
təmsil etmək məqsədi daşıdığını,
neft və qaz ehtiyatları sayəsində son on ilin nəticələrinə görə
ölkəmizin ən
yüksək iqtisadi göstəricilərə malik
olduğunu, əldə
edilən vəsaitin sənayenin, kənd təsərrüfatının, təhsilin, səhiyyənin
və mədəniyyətin
inkişafına yönəldildiyini
bildirmiş, cəmiyyət
tərəfindən 2011-ci və
2012-ci illərdə Londonda
biznes-forumun keçirildiyini,
bu forumun Parisdə ilk dəfə təşkil edildiyini, gələcəkdə
Belçikada, Almaniyada
və digər ölkələrdə də
biznes-forumun təşkil
ediləcəyini vurğulamışdır.
Fransanın Qafqaz ölkələri
arasında gördüyü
işlərin 71 faizinin
Azərbaycan ilə bağlı olmasını
qeyd edən Azərbaycanın Fransadakı
səfiri Elçin Əmirbəyov ölkəmizin
Avropanın aparıcı
dövlətlərindən biri olan Fransa
ilə sıx əlaqələr yaratdığını
və bu əlaqələrin inkişaf
etməkdə olduğunu
bildirmişdir.
Ulu öndər
Heydər Əliyevin və Prezident İlham Əliyevin ilk xarici səfərlərinə
Fransadan başladıqlarını
xatırladan səfir bu səfərlərin Fransa ilə əməkdaşlığın inkişafına verilən
xüsusi diqqətin təzahürü olduğunu
vurğulamışdır. Fransız
şirkətləri yalnız
neft və qaz sektoruna deyil,
qeyri-neft sektorlarına
da maraq göstərirlər. "TOTAL"
və "Qaz de
France" kimi şirkətlər
Azərbaycanın müstəqilliyinin
ilk günlərindən ölkəmizdə
fəaliyyətə başlamışlar.
Digər
fransız şirkətləri
də Azərbaycanda müəyyən layihələr
həyata keçirirlər.
Əminəm ki, forumdakı
fikir mübadilələri
iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına öz töhfəsini verəcəkdir.
Fransanın Azərbaycandakı səfiri
Paskal Mönye çıxışında Azərbaycan
və Fransa arasında əlaqələrin
daha da inkişaf
etdirilməsi üçün
bütün imkanların
olduğunu bəyan etmişdir.
Azərbaycanda tolerantlığın əksər
ölkələrə nümunə
olduğunu vurğulayan
diplomat ölkəmizdə müxtəlif
icmaların, azsaylı
xalqların qarşılıqlı
hörmət və dostluq şəraitində
yaşadıqlarının, dini azadlığın şahidi olduğunu xüsusi vurğulamış,
Azərbaycanda Avropa dəyərlərinin daha çox nəzərə çarpdığını bildirmişdir.
Ölkənin dinamik inkişafını diqqətə
çatdıran səfir
bunu yüksək səviyyəli kadrların fəaliyyəti
kimi dəyərləndirmişdir.
Fransanın Azərbaycana
sərmayə yatırmasından
söhbət açan
Paskal Mönye bu sahədə ölkəsinin gecikməsindən
təəssüf hissi
keçirdiyini bildirmiş,
fransız iş adamlarını Azərbaycanda
inkişaf etməkdə
olan infrastruktur sahələrinə investisiya
qoymağa çağırmışdır.
Səfir
Azərbaycanda telekommunikasiya
sahəsində əldə
edilən uğurlardan,
tullantıların yenidən
emal olunması ilə bağlı zavodun istifadəyə verilməsindən, Sumqayıtda
müasir texnologiya hesabına kimya zavodlarının qurulmasından, turizm
sektorunun sürətlə
inkişafından da bəhs etmişdir.
Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi
Fondu İnvestisiyaların
Təşviqi Departamentinin
direktoru Natiq Mədətov, Azərbaycan
İnvestisiya Şirkətinin
icraçı direktorunun
müavini İlham Əliyev, Avropa Yenidənqurma və İnkişaf Bankının
Qafqaz, Moldova və
Belarus üzrə direktoru
Pol-Anri Forestye,
"SALANS" şirkətinin üzvü Ceyms Hoq, "TOTAL" Mərkəzi
Asiya və Avropa kontingentinin vitse-prezidenti Mikael Borell, senator Andre Reişardt,
"Azərkosmos" ASC-nin
sədri Rəşad Nəbiyev, "La Sade" şirkətinin
əməkdaşı Filip
Deparday, Kənd Təsərrüfatı Nazirliyinin
Beynəlxalq əməkdaşlıq
departamentinin direktoru Rəşad Məcidov,
"Arianespace"in vitse-prezidenti
və ticarət direktoru Jak Breton, "Suez Environnement" şirkətinin
nümayəndəsi xanım
Diane d'Arras, infrastruktur
üzrə mütəxəssis
Hacı Hüseynov,
"Akkord"un direktorlar
qrupunun prezidenti, baş direktor Xaqani Quluzadə, "VİNCİ"nin Avropa və Aralıq dənizi üzrə direktoru Hosni Bouzid, Avropa Bankının yaradıcısı və
ilk prezidenti, yazıçı
Jak Attal və digərləri təmsil etdikləri şirkətlərin fəaliyyəti,
qeyri-neft sektorlarının
inkişafı və onlara sərmayə yatırılmasının
vacibliyi, ölkəmizdə
investisiya üçün
münbit şəraitin
yaradıldığını, xarici investorların hüquqlarının qorunduğu
və müəyyən
investisiya yatırımlarına
dövlətin qarant olduğu, ölkəmizin
ilk peykinin orbitə çıxarılması və
gələcəkdə bu
istiqamətdə aparılacaq
işlərdə, telekommunikasiya
sahəsində fransız
şirkətləri ilə
əlaqələr haqqında
danışmışlar.
Panelin sonunda senator Natali Qule və səfir
Elçin Əmirbəyov
ölkələr arasında
əlaqələrin intensiv
inkişafında bu cür forumların keçirilməsini yüksək
qiymətləndirmiş, Azərbaycan
və Fransa iş adamlarını qarşılıqlı əlaqə yaratmağa və onu inkişaf
etdirməyə çağırmışlar.
Avropa-Azərbaycan Cəmiyyətinin Parisdəki
ofisinin rəhbəri
Eliza Pieter çıxış edənlərə və qonaqlara təşəkkür
etmişdir.
Günün ikinci yarısında forum müxtəlif sektorlar üzrə öz işini davam etdirmişdir.
"SİSTRA"nın Cənubi
Aralıq dənizinin Avropa regionunun direktoru Andre Onezer forumla bağlı AzərTAc-a verdiyi müsahibəsində demişdir:
"Bu forum bizim üçün
mühüm əhəmiyyət
daşıyır. Əsas
layihələr və
onların Azərbaycanda həyata
keçirilməsi ətrafında
fikir yürüdüldü.
Burada irəli sürülən
maraqlı fikirlərdən
biz iştirakçılar bəhrələndik
və ölkənizdə
hansı layihələri
reallaşdırmağın mümkünlüyü barədə
lazımi məlumat əldə etdik. Biz Azərbaycanda metro tikintisi ilə bağlı böyük bir layihəni həyata keçirməkdə
maraqlıyıq".
Fransanın Azərbaycandakı səfiri
Paskal Mönye isə müsahibəsində
demişdir: "Biz Avropa-Azərbaycan
Cəmiyyəti ilə
ilk dəfə Fransada
iş adamlarının
forumunu təşkil edirik. Forumda istər fransız, istərsə də azərbaycanlı iş adamlarının maraqlı
çıxışları oldu. Forum fransız iş adamlarının Azərbaycanda fəaliyyətlərinin
inkişafını istiqamətləndirməkdə
mühüm rol oynadı. Belə fikirləşirəm ki, bu, gələcək əməkdaşlığa
imkan yaradacaqdır".
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2013.- 16 mart.- S.10.