Pirallahı rayonunun ərazisində
Pirallahı
bələdiyyəsinin
yaradılması haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:
Pirallahı
rayonunun Pirallahı qəsəbəsi Gürgən-Pirallahı
bələdiyyəsinin əhatə etdiyi ərazi vahidləri
tərkibindən ayrılaraq həmin qəsəbəni əhatə
edən Pirallahı bələdiyyəsi yaradılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 mart 2013-cü il
Azərbaycan.-2013.- 17 mart.- S.1.