İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf

Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Azərbaycan Respublikası tərəfindən 2012-ci il sentyabrın 28-də Bakı şəhərində imzalanmış Nizamnaməsi təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2013-cü il

Azərbaycan.-2013.- 17 mart.- S.1.