Patent haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

"Patent haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 414; 2004, ¹ 7, maddə 505; 2006, ¹ 2, maddə 64; 2009, ¹ 12, maddə 951; 2012, ¹ 7, maddə 644) 27-ci maddəsinin 8-ci hissəsinin ikinci abzasında "müəyyənləşdirilmiş rüsumu ödəmək şərtilə" sözləri "müəyyən edilmiş haqqı ödəmək şərti ilə" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2013-cü il

Azərbaycan.-2013.- 17 mart.- S.1.