Naxçıvan Muxtar
Respublikasının Şahbuz rayonunun
inzibati ərazi bölgüsündə
qismən dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:
1. Qarababa kənd inzibati ərazi dairəsi tərkibindəki Qarababa kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılsın.
2. Qarababa kənd inzibati ərazi dairəsinin mərkəzi Qarababa kəndindən Ayrınc kəndinə keçirilsin və Qarababa kənd inzibati ərazi dairəsi Ayrınc kənd inzibati ərazi dairəsi hesab edilsin.
3.
Şahbuz şəhər inzibati ərazi dairəsi tərkibindəki
Şahbuz şəhəri ilə həmsərhəd olan
Ayrınc kənd inzibati ərazi dairəsi tərkibindəki
Ayrınc kəndinin ərazisindən 92,8 ha (bundan dövlət
mülkiyyətində olan 15,09 ha, bələdiyyə
mülkiyyətində olan 55,35 ha və xüsusi mülkiyyətdə
olan 22,36 ha), Daylaqlı kənd inzibati ərazi dairəsi tərkibindəki
Daylaqlı kəndinin ərazisindən 274,8 ha (bundan dövlət
mülkiyyətində olan 14,48 ha, bələdiyyə
mülkiyyətində olan 247,42 ha və xüsusi mülkiyyətdə
olan 12,9 ha) torpaq sahələri, habelə ləğv edilərək
Azərbaycan Respublikasının ərazi vahidlərinin
Dövlət reyestrindən çıxarılmış
Qarababa kəndinin 1454 ha (bundan dövlət mülkiyyətində
olan 49 ha, bələdiyyə mülkiyyətində olan 1273 ha
və xüsusi mülkiyyətdə olan 132 ha) təşkil edən
ərazisi bütövlükdə bu Qanuna əlavə
edilmiş xəritələrə uyğun olaraq Şahbuz
şəhərinin inzibati ərazisinə verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 fevral 2013-cü il
Azərbaycan.-2013.- 17 mart.- S.2.