«Mülki dövriyyənin
müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə
olmasına xüsusi icazə əsasında
yol verilən (mülki
dövriyyəsi məhdudlaşdırılmış) əşyaların
siyahısı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununu "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
"Mülki
dövriyyənin müəyyən
iştirakçılarına mənsub ola bilən və
dövriyyədə olmasına xüsusi icazə əsasında
yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)
əşyaların siyahısı haqqında" Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004, ¹ 2, maddə 56; 2005, ¹ 4, maddə 273;
2006, ¹ 2, maddə 73; 2007, ¹ 6, maddə 562)
aşağıdakı məzmunda 16-cı maddə əlavə
edilsin:
"16. Elmi tədqiqat, sınaq və
sərgilərdə nümayiş məqsədləri
üçün nəzərdə tutulan genetik modifikasiya
olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və
gen mühəndisliyi metodları ilə yaradılmış kənd
təsərrüfatı bitki materialları.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
1 fevral 2013-cü il
Azərbaycan.-2013.- 17 mart.- S.2.