Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, I kitab, maddə 584, ¹ 12, maddə 835; 2001, ¹ 1, maddə 24, ¹ 3, maddə 139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə 731; 2002, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr 234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692; 2003, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr 177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr 407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr 200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397, ¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə 900, ¹ 12, maddə 973; 2005, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə 61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr 462, 466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691, 692, ¹ 10, maddələr 875, 877, 904, ¹ 11, maddələr 993, 994, 995, ¹ 12, maddələr 1083, 1085; 2006, ¹ 2, maddələr 64, 68, ¹ 3, maddələr 219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr 923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401, 440, ¹ 6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152, 159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454, 460, 461, 464, ¹ 7, maddələr 601, 602, 605, ¹ 8, maddələr 699, 701, 711, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr 956, 957, ¹ 12, maddələr 1045, 1047, 1049; 2009, ¹ 2, maddələr 36, 45, 49, 52, 53, ¹ 5, maddələr 309, 315, ¹ 6, maddələr 404, 405, ¹ 7, maddələr 517, 518, 519, ¹ 8, maddə 611, ¹ 12, maddələr 953, 954, 966, 971; 2010, ¹ 2, maddələr 70, 71, ¹ 3, maddələr 167, 171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 5, maddələr 379, 380, ¹ 6, maddə 483, ¹ 7, maddələr 577, 591, 594, 595, 598, 600, ¹ 10, maddə 838, ¹ 11, maddələr 936, 938, 949, ¹ 12, maddə 1059; 2011, ¹ 2, maddələr 70, 71, ¹ 3, maddələr 162, 164, 167, 168, 170, ¹ 4, maddələr 246, 254, ¹ 6, maddələr 470, 479, 487, ¹ 7, maddələr 596, 614, ¹ 10, maddə 881, ¹ 11, maddə 981, ¹ 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, ¹ 1, maddə 3, ¹ 2, maddə 50, ¹ 3, maddə 194, ¹ 4, maddə 271, ¹ 5, maddə 404, ¹ 6, maddə 499, ¹ 7, maddələr 649, 665, 667, ¹ 9 maddə 843, ¹ 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; Azərbaycan Respublikasının 2012-ci il 11 dekabr tarixli 491-IVQD, 494-IVQD, 21 dekabr tarixli 523-IVQD, 526-IVQD və 28 dekabr tarixli 539-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 53-6-cı maddə əlavə edilsin:
"Maddə 53-6. Sosial xidmət haqqında qanunvericiliyin pozulması
53-6.1. Dövlət tərəfindən göstərilən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi, müəyyən edilməsi və qərar qəbul edilməsi üçün düzgün olmayan məlumatların verilməsinə görə -
əlli manat miqdarında cərimə edilir.
53-6.2. Dövlət
tərəfindən sosial
xidmət göstərilməsinin
dayandırılmasına təsir
göstərən dəyişikliklər
barədə sosial xidmət göstərən
subyektlərin məlumatlandırılmamasına
görə -
əlli manat miqdarında cərimə edilir.
53-6.3. Sosial xidmətə tələbatı olmayan şəxsin qanunsuz və ya əsassız
olaraq dövlət tərəfindən sosial xidmətə götürülməsi
və ya dövlət tərəfindən
sosial xidmət göstərilməsi üçün
əsaslar olduqda şəxsin sosial xidmətə götürülməsindən
imtina edilməsinə
görə -
vəzifəli şəxslər
yüz manat miqdarında cərimə edilir.
53-6.4. Sosial xidmətin göstərilməsi və
ya sosial xidmətin göstərilməsindən
imtina barədə qərar haqqında "Sosial xidmət haqqında" Azərbaycan
Respublikasının Qanunu
ilə müəyyən
olunmuş müddətdə
müraciət edən
şəxsə rəsmi
məlumatın verilməməsi
və ya sosial xidmətdən imtina barədə qərarda imtinanın səbəblərinin göstərilməməsinə
görə -
vəzifəli şəxslər
yüz manat miqdarında cərimə edilir.
53-6.5. Sosial xidmət göstərilməsinin keyfiyyətini,
həcmini və şərtlərini müəyyən
edən tələblərin
pozulmasına görə
-
fiziki şəxslər
əlli manat miqdarında, vəzifəli
şəxslər yüz
manat miqdarında, hüquqi şəxslər
yüz əlli manat miqdarında cərimə edilir.".
2. 360.1-ci
maddədə "53-5," rəqəmlərindən sonra
"53-6," rəqəmləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral
2013-cü il
Azərbaycan.-2013.- 17 mart.- S.3.