Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 2013-cü il 14 mart tarixli 44 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

1 nömrəli əlavə

 

1. Ümumi müddəalar

 

 1.1. Bu Qaydalar "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində buraxılan kitablara, not yazılarına, dövri nəşrlərə, audiovizual əsərlərə və audio-videoyazılara müvafiq olaraq İSBN, İSMN, İSSN, İSAN, İSRC beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi prosedurlarını müəyyən edir.

1.2. Beynəlxalq standart eyniləşdirmə nömrələri aşağıdakı mənaları ifadə edir:

1.2.1. İSBN (International Standard Book Number) - kitabın beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;

1.2.2. İSMN (International Standard Music Number) - not nəşrlərinin musiqi əsərlərinin yazıldığı audio-video nəşrlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;

1.2.3. İSSN (International Standard Serial Number) - dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə;

1.2.4. İSAN (International Standard Audiovisual Number) - audiovizual əsərlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;

1.2.5. İSRC (International Standard Recording Code) - audio-videoyazıların beynəlxalq standart eyniliyini müəyyən edən nömrə.

 

 2. Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi bu sahədə fəaliyyətin həyata keçirilməsi

 

 2.1. Azərbaycan Respublikasının  Müəllif  Hüquqları  Agentliyi (bundan sonra - Agentlik) Qanunun 12.2-ci maddəsinə uyğun olaraq İSBN, İSMN, İSSN, İSAN, İSRC üzrə beynəlxalq agentliklərlə (bundan sonra - BA) razılaşdırmaqla beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi ilə bağlı işləri təşkil edir.

2.2. İSBN, İSMN, İSSN, İSAN, İSRC beynəlxalq standart eyniləşdirmə nömrələri (bundan sonra - beynəlxalq eyniləşdirmə nömrələri) BA-nın Azərbaycan Respublikası üzrə milli mərkəzləri (bundan sonra - milli mərkəzlər) vasitəsilə verilir.

2.3. Milli mərkəzlər təsərrüfat hesabı prinsipi ilə fəaliyyət göstərən qurumlardır.

2.4. Agentliyin tabeliyində olan tabeliyində olmayan qurumlarda yaradılan milli mərkəzlərin fəaliyyəti Agentlik tərəfindən koordinasiya olunur.

2.5. Milli mərkəzlər Agentlikdə qeydiyyatdan (akkreditasiyadan) keçirlər onların yaradılması  ləğvi barədə məlumatlar Agentlik tərəfindən BA-ya təqdim olunur.

2.6. Azərbaycan Respublikasının ərazisində bütün növ daşıyıcılarda olan kitablarda, not nəşrlərində audio-videoyazılarda müvafiq beynəlxalq eyniləşdirmə nömrələrinin (İSBN, İSMN, İSRC) istifadəsi məcburi, dövri nəşrlərdə audiovizual əsərlərdə isə beynəlxalq eyniləşdirmə nömrələrinin (İSSN, İSAN) istifadəsi  könüllüdür.

2.7. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi üzrə milli mərkəzlər  beynəlxalq eyniləşdirmə nömrələrinin reyestrini aparır, istifadəçilər haqqında məlumat bazası yaradır, onlara eyniləşdirmə nömrələrinin verilməsi barədə məlumat kitabçalarını nəşr edir, hüquqi fiziki şəxslərin, həmçinin dövlət orqanlarının sorğuları əsasında məlumat bazalarından çıxarışlar verir.

2.8. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi barədə milli mərkəzlər istifadəçilər arasında yazılı müqavilə bağlanılır.

2.9. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə haqq ödənilir.

2.10. Beynəlxalq eyniləşdirmə nömrələri Agentlik ya onun strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən verildikdə, həmin nömrələrin verilməsi ilə bağlı işlərin təşkili həyata keçirilməsi üçün tələb olunan xərclər Agentliyin büdcədənkənar xüsusi vəsaitləri hesabına ödənilir.

2.11. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi sahəsində vahid məlumat bazasının formalaşdırılması məqsədi ilə milli mərkəzlər il ərzində verilmiş beynəlxalq eyniləşdirmə nömrələrinin sayı, həmin nömrələrin verildiyi şəxslər beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsinə görə əldə olunan vəsaitin məbləğləri barədə məlumatları Agentliyə göndərir ya təqdim edirlər.

2.12.  Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi istifadəsi ilə bağlı yaranan mübahisələr BA-nın tövsiyələrinə uyğun qaydada həll edilir.

 

 3. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsinə görə tələb olunan sənədlərin tərkibi, müraciətin forması, müraciətə baxılma müddəti beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsindən imtinanın əsasları

 

 3.1. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi üçün istifadəçi tərəfindən bu Qaydaların əlavəsində göstərilən ərizə nümunəsi doldurulur.

3.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

3.2.1. beynəlxalq eyniləşdirmə nömrəsinin verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğin ödənildiyini təsdiq edən sənəd;

3.2.2. istifadəçi fiziki şəxs olduqda - şəxsiyyət vəsiqəsinin surəti fiziki şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda yaşadığı yer üzrə vergi orqanında uçota alınması barədə şəhadətnamənin surəti;

3.2.3. istifadəçi hüquqi şəxs olduqda təşkilatın nizamnaməsinin (əsasnaməsinin) onun  dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışının) surəti.

3.3. Təqdim edilmiş sənədlər bu Qaydalara uyğun olduqda, beynəlxalq eyniləşdirmə nömrəsi ərizənin milli mərkəzə daxil olduğu tarixdən etibarən 3 (üç) günündən gec olmayaraq verilir.

3.4. Bu Qaydaların 3.2-ci bəndində göstərilən sənədlər tam təqdim edilmədikdə ya sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, beynəlxalq eyniləşdirmə nömrəsinin verilməsindən imtina olunur bu barədə ərizəçiyə 2 (iki) günü müddətində əsaslandırılmış cavab verilir.

Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra beynəlxalq eyniləşdirmə nömrəsinin verilməsi barədə müraciətə yenidən baxılır 3 (üç) günündən gec olmayaraq istifadəçiyə müvafiq eyniləşdirmə nömrəsi verilir.

3.5. Verilmiş beynəlxalq eyniləşdirmə nömrələri və onun istifadəçisi barədə məlumatlar Agentliyin internet informasiya ehtiyatında (saytında) yerləşdirilir və digər kütləvi informasiya vasitələri ilə yayılır.

 

Azərbaycan.-2013.- 17 mart.- S.4.