"Respublikanın təhsil müəssisələrinə
ad verilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1995-ci il 15 iyun tarixli 145 nömrəli qərarında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 46 Bakı şəhəri,
14 mart 2013-cü il
"Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 11 dekabr tarixli 501-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 27 dekabr tarixli 2637 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Respublikanın təhsil müəssisələrinə ad verilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 15 iyun tarixli 145 nömrəli qərarının 6-cı hissəsində "Ərçivan kənd" sözləri "Ərçivan qəsəbə" sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2013.- 17 mart.- S.4.