Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182
nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan
tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 47 Bakı şəhəri,
14 mart 2013-cü il
"Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 11 dekabr tarixli 501-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 27 dekabr tarixli 2637 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1064; 2012, ¹ 6, maddə 638, ¹ 8, maddə 825) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nın "I. Büdcədən maliyyələşən müəssisələr" bölməsinin "17. Astara rayonu üzrə" hissəsinin 17.6-cı bəndinə "Kənd" sözündən sonra "və qəsəbə" sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2013.- 17 mart.- S.4.