"Dövlət tərəfindən
mühafizə edilməli olan mədəniyyət və
arxeologiya abidələri siyahılarının təsdiq edilməsi
haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2
aprel tarixli 140 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 49 Bakı
şəhəri, 14 mart 2013-cü il
"Astara rayonunun Ərçivan kəndinə
qəsəbə statusunun verilməsi
haqqında" Azərbaycan Respublikasının 2012-ci il
11 dekabr tarixli 501-IVQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 27 dekabr tarixli
2637 nömrəli Sərəncamının 1.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan
SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli 140 nömrəli qərarı
ilə təsdiq edilmiş 1 nömrəli əlavə -
"Azərbaycan SSR-in dövlət mühafizəsində olan
memarlıq abidələrinin siyahısı"nın
"Astara rayonu" bölməsinin 218-ci və 219-cu hissələrində
"Ərçivan kəndi" sözləri "Ərçivan
qəsəbəsi" sözləri ilə əvəz
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 17 mart.- S.4.