Cefri VERBOK: Azərbaycan muğamı bütün dünyaya səs salmışdır

 

Azərbaycan muğamı bütün dünyaya səs salmışdır. AzərTAc xəbər verir ki, bu sözləri ölkəmizdə keçirilən "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalının iştirakçısı, amerikalı musiqiçi Cefri Verbok jurnalistlərə müsahibəsində demişdir.

Amerikalı qonaq bundan əvvəl keçirilmiş hər iki beynəlxalq muğam festivalında da iştirak etdiyini nəzərə çatdırmışdır. O, artıq "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində "Azərbaycan muğamının dostları" mövzusunda keçirilmiş görüş-konsertində tardakamançada "Zabul segah" muğamını ifa etdiyini vurğulamışdır.

Musiqiçi görkəmli sənətkarların daxil olduqları münsiflər heyətində təmsil olunmasından şərəf duyduğunu bildirmişdir.

 

Azərbaycan.-2013.- 17 mart.- S.5.