Bakıda «Terrorizmin qarşısının alınmasında əməkdaşlığın

 gücləndirilməsi» mövzusunda Beynəlxalq konfrans işə başlamışdır

 

Azərbaycan Prezidenti İlham Əliyev konfransın açılışında iştirak etmişdir

 

 Martın 18-də Bakıda Azərbaycan hökumətinin, BMT-ninİSESCO-nun təşkilatçılığı ilə "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda Beynəlxalq konfrans işə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak etmişdir.

BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri FEDOTOV çıxış edərək dedi:

- Zati-aliləri cənab Prezident, möhtərəm nazirlər, səfirlər, hörmətli iştirakçılar, xanımlar və cənablar!

Mən BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotovam.

Mən Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri, cənab İlham Əliyevi təqdim etməkdən şərəf hissi duyuram. Cənab Prezident "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda Bakıda keçirilən Beynəlxalq konfransı açıq elan edəcəkdir. Prezident Əliyev xeyirxahlıq göstərərək bu tədbiri BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsi və İSESCO ilə birgə təşkil etmək qərarını qəbul etdi. Mən Prezident İlham Əliyevi təqdim edərək Azərbaycanın beynəlxalq məsələlərdə oynadığı mühüm rolabu ölkənin beynəlxalq təşkilatlarla sıx əməkdaşlığına görə dövlət başçısına təşəkkürümü bildirirəm. Cənab Prezident, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi qlobal sülhsabitliyin qorunub saxlanmasına xüsusi olaraq fəal töhfə verir. Azərbaycan həmçinin BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin narkotiklərə nəzarət siyasətinin, çirkli pulların yuyulmasına, terrorçuluğaterrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin aparılması və digər məsələləri əhatə edən qlobalregional layihələrin fəal iştirakçısıdır.

İndi isə mən konfransı açıq elan etmək üçün zati-aliləri Prezident İlham Əliyevi məmnuniyyətlə dəvət edirəm.

 

*  *  *

 

Dövlət başçısı konfransda nitq söylədi.

 

Azərbaycan.-2013.- 19 mart.- S.1.