«Əmək pensiyaları haqqında» Azərbaycan

 Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununu "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 3, maddə 208, ¹ 12, maddə 1019; 2007, ¹ 12, maddə 1194; 2008, ¹ 4, maddə 254, ¹ 6, maddə 464, ¹ 7, maddə 602, ¹ 8, maddələr 699, 710; 2009, ¹ 6, maddələr 395, 399, ¹ 11, maddələr 877, 879; 2010, ¹ 7, maddə 579; 2011, ¹ 4, maddə 267,

¹ 6, maddə 465, ¹ 7, maddə 597, ¹ 12, maddə 1109; 2012, ¹ 11, maddələr 1037, 1044) aşağıdakı dəyişikliklər edilsin:

1. 21.2.4-cü maddədə "70 yaşına çatmış qocalara" sözləri "ahıllara (yaşı 70-ə çatmış şəxslərə)" sözləri ilə əvəz edilsin.

2. 37.5-ci maddədə "uşaqlar üçün internat evlərində (pansionatlarda)," sözləri "uşaqlara stasionar sosial xidmət göstərən müəssisələrdə, həmçinin" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2013-cü il

Azərbaycan.-2013.- 19 mart.- S.2.