«Veteranlar haqqında»
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununu "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
"Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, ¹ 16, maddə 213; 1995, ¹ 9, maddə 177, ¹ 14, maddə 241; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 1, maddə 16, ¹ 2, maddə 66; 1999, ¹ 5, maddə 283, ¹ 7, maddə 395; 2001, ¹ 12, maddə 731; 2004, ¹ 4, maddələr 199, 202, ¹ 7, maddə 505; 2005, ¹ 8, maddə 684; 2006, ¹ 4, maddə 315; 2007, ¹ 5, maddə 401, ¹ 11, maddə 1078) 20-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
"Maddə 20. Sosial xidmət
20.1. Müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədi ilə sosial xidmət müəssisələri, habelə veteranlara sosial xidmətin göstərilməsini təşkil edirlər.
20.2. Veteranlara "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilir.".
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
22 fevral 2013-cü il
Azərbaycan.-2013.- 19 mart.- S.3.