Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə"ni "Ərazi quruluşuinzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 378-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 2, maddə 66; 2009, ¹ 8, maddə 616) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. Əsasnaməyə aşağıdakı məzmunda 1.1-1-ci maddə əlavə edilsin:

"1.1-1. Bu əsasnamənin məqsədləri üçün inzibati ərazi dairələri dedikdə şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri nəzərdə tutulur.";

2. 3.3.2-ci bənddə "onların" sözündən sonra "(sahə inzibati ərazi dairələri istisna olmaqla)" sözləri əlavə edilsin;

3. 7.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"7.3. Şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsinin şəhadətnaməsi 9327-60 dövlətlərarası standartlar üzrə A4(297x210mm) formatında, mavi rəngli, "Panton" rənglər kataloqunun Blue 2905 C rənginə uyğunxüsusi müdafiə nişanları olan kağız üzərində, sahə inzibati ərazi dairəsinin şəhadətnaməsi isə 9327-60 dövlətlərarası standartlar üzrə A4(297x210mm) formatında, boz rəngli, "Panton" rənglər kataloqunun Grey 427 C rənginə uyğunxüsusi müdafiə nişanları olan kağız üzərində hazırlanır.";

4. Əsasnaməyə aşağıdakı məzmunda 7.6-1-ci maddə əlavə edilsin:

"7.6-1. Sahə inzibati ərazi dairəsinin şəhadətnaməsində aşağıdakı məlumatlar əks etdirilir:

7.6-1.1. adı;

7.6-1.2. daxil olduğu şəhər və ya şəhər rayonu;

7.6-1.3. ərazisi (kv.km-lə);

7.6-1.4. qeydə alınma tarixi;

7.6-1.5. reyestr nömrəsi;

7.6-1.6. Dövlət reyestrinə daxil edilmə tarixi.";

5. 7.7-ci maddədə " inzibati ərazi dairəsinin" sözləri ", inzibati ərazi dairələrinin (şəhər, qəsəbə kənd inzibati ərazi dairələri üçün) sahə inzibati ərazi dairələrinin" sözləri ilə əvəz edilsin.

6. Əsasnaməyə bu qanuna əlavə olunmuş sahə inzibati ərazi dairəsi şəhadətnaməsinin forması əlavə edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2013-cü il

Azərbaycan.-2013.- 19 mart.- S.4.