«Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli
fərmanında və həmin fərmanla təsdiq edilmiş «ASAN xidmət» mərkəzlərinin
fəaliyyətinin təşkili və xidmətlərin
göstərilməsi Qaydaları»nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 858; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 815 nömrəli fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.7.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
"5.7.2. daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;";
1.2. 5.11-ci bənd aşağıdakı redaksiyada verilsin:
"5.11. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi;".
2. Həmin fərmanla təsdiq edilmiş "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.2.4-cü yarımbənd ləğv edilsin;
2.2. aşağıdakı məzmunda 4.6-cı və 4.7-ci bəndlər əlavə edilsin:
"4.6. "ASAN xidmət" mərkəzlərində
aşağıdakı funksional
yardımçı xidmətlər həyata keçirilir:
4.6.1. bank xidmətləri:
4.6.1.1. cari bank hesablarının açılması;
4.6.1.2. valyuta mübadiləsi;
4.6.1.3. "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlərlə bağlı dövlət rüsumlarının və xidmət haqlarının qəbulu;
4.6.1.4. inzibati xətalara dair cərimələrin qəbulu;
4.6.2. sığorta xidmətləri:
4.6.2.1. avtomobillərin sığortası;
4.6.2.2. daşınmaz əmlakın sığortası;
4.6.3. hüquqi yardım xidmətləri:
4.6.3.1. hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsi;
4.6.3.2. məhkəmələrə iddia ərizələrinin verilməsi ilə bağlı hüquqi yardım göstərilməsi;
4.6.3.3. ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi;
4.6.3.4. vətəndaşların müraciəti əsasında digər növ hüquqi yardım göstərilməsi;
4.6.4. bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ilə bağlı xidmətlər;
4.6.5. tibb xidmətləri:
4.6.5.1. tibbi
arayışların verilməsi;
4.6.5.2. ilkin tibbi yardım göstərilməsi;
4.6.6.
rəsmi internet informasiya ehtiyatı vasitəsi ilə göstərilən
xidmətlər:
4.6.6.1. real vaxt rejimində
növbənin tutulması;
4.6.6.2. vətəndaş müraciətlərinin real vaxt
rejimində qəbulu və cavablandırılması;
4.6.6.3.
"ASAN xidmət" mərkəzlərində
göstərilən bütün
xidmətlər üzrə
vətəndaşların məlumatlandırılması;
4.6.6.4. e-asan bölməsi vasitəsi ilə "ASAN
xidmət" mərkəzlərində
göstərilən xidmətlərlə
bağlı dövlət
orqanlarına müraciətlərin
qəbulunun və həmin müraciətlərin
cavablandırılmasının elektron formada təşkili;
4.6.7. mərkəzlərdə quraşdırılan xüsusi
terminallar vasitəsi ilə göstərilən
xidmətlər:
4.6.7.1. mobil rabitə
və internet xidmətlərinin
ödənişi;
4.6.7.2. kommunal xidmətlərin
ödənişi;
4.6.7.3. kredit və
sığorta ödənişlərinin
həyata keçirilməsi.
4.7. Mərkəzlərdə bu
qaydaların 4.6-cı bəndində
nəzərdə tutulmayan
digər funksional yardımçı xidmətlər
də göstərilə
bilər.
Mərkəzlərdə vətəndaşların
gözləməsi və
vaxtını səmərəli
keçirməsi üçün
uşaq əyləncə
mərkəzi, kafe və digər ictimai-iaşə məntəqələri
fəaliyyət göstərə
bilər.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2013-cü il
Azərbaycan.-2013.- 19 mart.- S.4.