Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Gürcüstanın xarici işlər naziri xanım Maya Pancikidzeni qəbul etmişdir.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin intensiv xarakter daşıdığı qeyd olundu, beynəlxalq və regional əməkdaşlığın önəmi vurğulandı, "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda Bakıda təşkil olunan Beynəlxalq konfransın əhəmiyyəti yüksək qiymətləndirildi, Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 19 mart.- S. 3.