Azərbaycan Prezidenti İlham Əliyev
Gürcüstanın müdafiə nazirini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 18-də
Gürcüstanın müdafiə naziri İrakli
Alasaniyanı qəbul etmişdir.
Dövlət
başçısı Azərbaycan ilə Gürcüstan
arasında münasibətlərin bütün istiqamətlərdə,
o cümlədən müdafiə sahəsində yaxşı
səviyyədə olduğunu vurğuladı. Ölkələrimiz
arasında əməkdaşlığın istər ikitərəfli
formatda, istərsə də beynəlxalq təşkilatlar
çərçivəsində yaxşı ənənələrə
malik olduğunu deyən Prezident İlham Əliyev bu əməkdaşlığın
müdafiə sahəsində daha da möhkəmləndirilməsi
üçün yaxşı
imkanların mövcudluğunu vurğuladı.
Gürcüstanın
müdafiə naziri kimi Azərbaycana səfərindən məmnunluğunu
bildirən İrakli Alasaniya səfərinin müdafiə sahəsində
əməkdaşlığımızın genişləndirilməsi
ilə bağlı məsələlərin müzakirə
edilməsi baxımından önəmli olduğunu
vurğuladı.
AzərTAc
Azərbaycan.-2013.- 19 mart.- S.3.