Transmilli mütəşəkkil cinayətkarlıqla
mübarizədə səylərin birləşdirilməsi daha böyük uğurlara
nail olmağa imkan yaradacaqdır
Bakıda
keçirilən "Terrorizmin qarşısının
alınmasında əməkdaşlığın gücləndirilməsi"
mövzusunda Beynəlxalq konfransda iştirak edən Mərakeş
Krallığının daxili işlər naziri Mohand Lanser
martın 18-də Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyində (DİN) olmuşdur.
DİN-in
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
görüşdə Bakıda keçirilən Beynəlxalq
konfransın böyük əhəmiyyət daşıdığı
vurğulanmış, terrorizmdən əziyyət çəkən
ölkələrdən biri kimi Azərbaycan üçün
bu məsələnin aktuallığı, qlobal xarakterli bəlaya
qarşı birgə mübarizə aparılmasının
mümkünlüyü qeyd edilmişdir.
Müstəqilliyin
ilk illərində Azərbaycan xalqının
qarşılaşdığı problemlər, Ermənistanın
təcavüzkarlıq siyasəti nəticəsində ərazi
bütövlüyümüzün pozulması,
torpaqlarımızın işğalı, ulu öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra cinayətkarlıqla mübarizə
və ictimai asayişin qorunması sahəsində qazanılan
uğurlar qonağın diqqətinə
çatdırılmışdır.
Azərbaycan
ilə Mərakeş arasında əlaqələrin
yaranmasının 1994-cü ildə ümummilli lider Heydər Əliyevin
İslam Konfransı Təşkilatının zirvə
toplantısında iştirak etmək üçün həmin
ölkəyə səfərindən sonraya təsadüf
etdiyi məmnunluqla xatırlanmışdır.
Görüşdə
"Azərbaycan Respublikasının hökuməti və Mərakeş
Krallığının hökuməti arasında təhlükəsizlik
və cinayətkarlıqla mübarizədə əməkdaşlığa
dair" Saziş layihəsinin hazırlanaraq
razılaşdırılması üçün Mərakeş
tərəfinə təqdim edildiyi, həmin sənədin qəbulunun
iki ölkənin müvafiq strukturları, o cümlədən
Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın
daha da genişləndirilməsinə imkan verəcəyi
bildirilmişdir. Qeyd olunmuşdur ki, transmilli mütəşəkkil
cinayətkarlıqla mübarizədə səylərin birləşdirilməsi,
qarşılıqlı faydalı əlaqələrin
inkişafı ölkələrimizin və
xalqlarımızın mənafelərinə, beynəlxalq təhlükəsizliyin
təmini işinə xidmət edəcəkdir.
Söhbət
zamanı transmilli mütəşəkkil cinayətkarlıqla
mübarizədə bütün dövlətlərin, o
cümlədən beynəlxalq təşkilatların səylərinin
birləşdirilməsinin zəruriliyi
vurğulanmışdır.
Azərbaycan.-2013.- 19 mart.- S.5.