Tunis
Respublikasının Prezidenti zati-aliləri cənab Monsef Mərzukiyə
Hörmətli
cənab Prezident!
Tunis
Respublikasının milli bayramı - Müstəqillik
Günü münasibətilə Sizi və bütün
xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram
ki, Azərbaycan-Tunis münasibətləri bundan sonra da dostluq
və əməkdaşlıq zəminində inkişaf edərək
xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu bayram
günündə Sizə möhkəm
cansağlığı, işlərinizdə uğurlar, dost
Tunis xalqına əmin-amanlıq və firavanlıq
arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 11 mart 2013-cü il
Azərbaycan.-2013.- 20 mart.- S.1.