"Daşınmaz əmlaka
mülkiyyət və digər əşya
hüquqlarının dövlət qeydiyyatına
alınması ilə bağlı sənədlərin verilməsinə
görə ödənilən dövlət rüsumundan
qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini
gücləndirmək və maddi təminatı
yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat
orqanının xüsusi hesabına köçürülən
30 faizlik vəsaitdən istifadə haqqında hesabatın dərc
edilməsi barədə forma"nın təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2012-ci il 6 iyun tarixli 130 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 50 Bakı
şəhəri, 18 mart 2013-cü il
"Dövlət
rüsumu haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2012-ci il 21 dekabr tarixli 524-IVQD nömrəli
Qanununun tətbiqi və "Dövlət rüsumu
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 27 dekabr tarixli 797 nömrəli
Fərmanının 1.2-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.
"Daşınmaz əmlaka mülkiyyət və digər əşya
hüquqlarının dövlət qeydiyyatına
alınması ilə bağlı sənədlərin verilməsinə
görə ödənilən dövlət rüsumundan
qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini
gücləndirmək və maddi təminatı
yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat
orqanının xüsusi hesabına köçürülən
30 faizlik vəsaitdən istifadə haqqında hesabatın dərc
edilməsi barədə forma"nın təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2012-ci il 6 iyun tarixli 130 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 6, maddə 628)
aşağıdakı dəyişikliklər edilsin:
1.1. adına, 1-ci hissəsinə,
2.1-ci və 2.2-ci bəndlərinə "işçilərinin"
sözündən sonra "("ASAN xidmət" mərkəzlərində
fəaliyyət göstərən işçilər istisna
olmaqla)" sözləri əlavə edilsin;
1.2.
3-cü hissəyə "işçilərin"
sözündən sonra "("ASAN xidmət" mərkəzlərində
fəaliyyət göstərən işçilər istisna
olmaqla)" sözləri əlavə edilsin;
1.3.
həmin qərarla təsdiq edilmiş "Daşınmaz əmlaka
mülkiyyət və digər əşya
hüquqlarının dövlət qeydiyyatına
alınması ilə bağlı sənədlərin verilməsinə
görə ödənilən dövlət rüsumundan
qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini
gücləndirmək və maddi təminatı
yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat
orqanının xüsusi hesabına köçürülən
30 faizlik vəsaitdən istifadə haqqında hesabatın dərc
edilməsi barədə forma"nın adına
"işçilərinin" sözündən sonra
"("ASAN xidmət" mərkəzlərində fəaliyyət
göstərən işçilər istisna olmaqla)"
sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 20 mart.- S.3.