«Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli
930-IIIQ nömrəli Qanunu ilə təsdiq
edilmiş «Miqrasiya
orqanlarında qulluq keçmə
haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə»
Azərbaycan Respublikasının 2013-cü il
5 mart tarixli 581-IVQD
nömrəli Qanununun tətbiqi və «Miqrasiya orqanlarında qulluq
keçmə haqqında Əsasnamə»nin təsdiq
edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli
206 nömrəli Fərmanında dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "Azərbaycan Respublikasının
2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq
edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə
haqqında Əsasnamə"də dəyişiklik edilməsi
barədə" Azərbaycan Respublikasının 2013-cü
il 5 mart tarixli 581-IVQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 12, maddə 994; 2010, ¹ 7, maddə 625; 2011, ¹4, maddə 294; 2012, ¹ 5, maddə 425) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-ci bəndə "87-ci maddəsində" sözlərindən sonra ", 92-ci maddəsində (birinci halda)" sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:
"2.4-1. həmin Əsasnamənin 92-ci maddəsində ikinci halda "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur;".
3. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların "Azərbaycan
Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında
qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının
2013-cü il 5 mart tarixli 581-IVQD nömrəli Qanununa
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2013-cü il
Azərbaycan.-2013.- 28 mart.- S.3.