Azərbaycan Respublikasının 2001-ci il 8 may tarixli
129-IIQ nömrəli Qanunu ilə təsdiq
edilmiş «Bələdiyyələrin məhəllə
komitələri haqqında Nümunəvi Əsasnamə»də
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2001-ci il 8 may tarixli 129-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə"ni "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan
Respublikasının 2001-ci il 8 may tarixli 129-IIQ nömrəli
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001,
¹ 6, maddə 383; 2011, ¹ 2, maddə 71) ilə təsdiq
edilmiş "Bələdiyyələrin məhəllə
komitələri haqqında Nümunəvi Əsasnamə"nin
7-ci maddəsinin onuncu abzasında "ahıl vətəndaşlara"
sözləri "çətin həyat şəraitində
olan şəxslərə (ailələrə)" sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral
2013-cü il
Azərbaycan.-2013.- 28 mart.- S.2.