«Könüllü fəaliyyət haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 7, maddə 504) 3.0.12-ci maddəsində "şəxslərə" sözündən sonra "və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə)" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2013-cü il

 

Azərbaycan.-2013.- 28 mart.- S.2.