«Yaşayış yeri
və olduğu yer
üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi
haqqında Əsasnamə»də dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə
1. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ
nömrəli Qanunu ilə təsdiq edilmiş
"Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
haqqında Əsasnamə"də (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 14;
2001, № 11, maddə 669; 2002, № 5, maddə 237; 2006, № 6, maddə
478; 2007, № 8, maddə 756, № 11, maddə 1075; 2008, № 8, maddə
701, № 10, maddə 886; 2009, № 4, maddə 211, № 7, maddə 519;
2010, № 3, maddə 171) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 2-ci və 5-ci maddələrdən
"və Azərbaycan Respublikasında 30 gündən
artıq yaşamaq istəyən əcnəbilərin"
sözləri çıxarılsın.
1.2. 10-cu maddənin "e" bəndi
və 20-23-cü maddələr ləğv edilsin.
1.3. 18-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"18.
Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti
olan əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs (bundan sonra - "əcnəbi")
mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə,
turist bazasına, xəstəxanaya, digər belə ictimai yerə,
mənzilə, başqa yaşayış sahəsinə gəldikdə
həmin yerin müdiriyyəti və ya yaşayış sahəsinin
sahibi (bundan sonra - "qəbul edən tərəf") 3 gün ərzində əcnəbinin
olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi
(6 saylı Əlavə) və həmin şəxsin pasportunun
surətini poçt, elektron poçt vasitəsi ilə və
ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim
etməlidir.
Ərizə-anketin
blankları müvafiq icra hakimiyyəti orqanından və
ölkə üzrə bütün poçt şöbələrindən
əldə edilir. Ərizə-anketin elektron forması
müvafiq icra hakimiyyəti orqanının internet informasiya
ehtiyatında yerləşdirilir.
Ərizə
daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal
əcnəbini olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş
günü ərzində qəbul edən tərəfə
yazılı məlumat verir.
Əcnəbilər
aşağıdakı müddətlərə qeydiyyata
alınırlar:
- viza əsasında gələnlər
- vizada göstərilən qalma müddətinə;
-
viza tələb olunmayan qaydada gələnlər - 90 gün
müddətinə.
Əcnəbilərin
olduğu yer üzrə qeydiyyata alınması
üçün dövlət rüsumu ödənilmir.
Əcnəbilər
olduğu yerdən getdikdə, qəbul edən tərəf bu
barədə müvafiq icra hakimiyyəti orqanına məlumat
verir və bu məlumat əsasında onlar olduğu yer üzrə
qeydiyyatdan çıxarılır. Qeydiyyat müddəti
başa çatdıqda əcnəbilər qeydiyyatdan
çıxarılmış hesab edilir.
Əcnəbi
olduğu yeri dəyişdikdə, o, bu maddədə nəzərdə
tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata
alınmalıdır .".
1.4. 23-1-ci və 23-2-ci maddələrdən
ismin müvafiq hallarında verilmiş "və ya vətəndaşlığı
olmayan şəxslər" və "və ya vətəndaşlığı
olmayan şəxs" sözləri
çıxarılsın.
1.5. 6 saylı Əlavənin yeni
redaksiyası təsdiq edilsin (əlavə olunur).
Maddə
2. Bu qanun 2013-cü il aprelin 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 5 mart
2013-cü il
Azərbaycan.-2013.- 28 mart.- S.2.