«Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 88; 2001, ¹ 11, maddələr 669, 676; 2002, ¹ 1, maddə 2, ¹ 5, maddələr 237, 243; 2006, ¹ 6, maddə 478; 2007, ¹ 8, maddə 456, ¹ 12, maddə 1197; 2008, ¹ 7, maddə 602, ¹ 8, maddə 701; 2009, ¹ 7, maddə 519; 2010, ¹ 3, maddə 171) aşağıdakı dəyişikliklər edilsin:

1.1.  3-cü maddənin birinci hissəsinin 2-ci bəndi, 6-cı maddə, 9-cu maddənin birinci hissəsinin 7-ci bəndi və 12-ci maddə ləğv edilsin.

1.2.  11-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 11. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması

Azərbaycan Respublikasına 3 gündən artıq müddətə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər  yaşayış sahəsinin sahibi (bundan sonra - "qəbul edən tərəf") 3 gün ərzində əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və həmin şəxsin pasportunun surətini poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi olduğu yer üzrə qeydiyyata alır  və bu barədə 1 iş günü ərzində qəbul edən tərəfə yazılı məlumat verir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:

1) viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə;

2) viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılır. Qeydiyyat müddəti başa çatdıqda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilir.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, bu maddədə nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır .".

Maddə 2. 2013-cü il aprelin 1-dək verilən "Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqələr" etibarlılıq müddətləri bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmasını təsdiq edən sənəd hesab olunur.

Maddə 3. Bu qanun 2013-cü il aprelin 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2013-cü il

 

Azərbaycan.-2013.- 28 mart.- S.3.