Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli
930-IIIQ nömrəli Qanunu ilə təsdiq
edilmiş «Miqrasiya
orqanlarında qulluq keçmə
haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"ni "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə", "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 12, maddə 972; 2010, ¹ 4, maddə 273, ¹ 5, maddə 385; 2011, ¹ 4, maddə 271; 2012, ¹ 5, maddə 412, ¹ 11, maddələr 1042, 1050) ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin 92-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
"92.
Miqrasiya orqanlarının işçiləri xüsusi xidmətlərinə
görə Azərbaycan Respublikasının orden və
medalları ilə təltif olunmaq və fəxri adlar verilmək
üçün təqdim edilir, müvafiq icra hakimiyyəti
orqanı tərəfindən səlahiyyət verildiyi halda
müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən
medallarla təltif olunur.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 5 mart
2013-cü il
Azərbaycan.-2013.- 28 mart.- S.3.