"Azərbaycan  Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 144 nömrəli qərarında  dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 52 Bakı şəhəri, 19 mart 2013-cü il

 

"Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 801 nömrəli fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 144 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹6, maddə 572, ¹7, maddə 642; 2007, ¹5, maddə 556, ¹8, maddə 850, ¹11, maddə 1172, ¹12, maddə 1342; 2011, ¹1, maddə 57; 2012, ¹1, maddə 43, ¹5, maddə 490) "Kollegiyanın üzvləri" bölməsində "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında" sözləri "Azərbaycan  Respublikasının Prezidenti yanında" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 28 mart.- S.3.