ABŞ-ın nüfuzlu «Washington Times» qəzetində «Müvəffəqiyyəti necə yaratmalı - Azərbaycandan nümunə» sərlövhəli məqalə dərc olunmuşdur

 

ABŞ-ın nüfuzlu "Washington Times" qəzetində "Müvəffəqiyyəti necə yaratmalı - Azərbaycandan nümunə" sərlövhəli məqalə dərc edilmişdir.

Məqalənin müəllifi "Caspian Group Holdings" şirkətlər qrupunun direktoru Rob Sübhani yazır ki, dünyanın diqqəti neftlə zəngin olan Venesuelanın həyatdan köçmüş lideri Uqo Çavesə yönəldiyi bir zamanda digər yarımkürədə 52 yaşlı İlham Əliyev nəzarət olunan iqtisadiyyatın azad və tərəqqi edən iqtisadiyyata transformasiyası üçün ölkəsinin böyük enerji resurslarından istifadə edərək öz dövlətini idarə edir. Müəllif yazır: "Sosializm Venesuelanın çox böyük potensialını dağıtdığı halda, cənab İlham Əliyevin bazar kapitalizmini qəbul etməsi onun ölkəsini keçmiş Sovet İttifaqının Küveytinə çevirmişdir. Son on ildə burada ümumi daxili məhsulun orta illik artımı 24 faiz olmuşdur".

R.Sübhani qeyd edir ki, ABŞ şirkətlərini ötüb keçmiş Venesuela liderindən fərqli olaraq, Azərbaycan Prezidenti "Exxon" "Chevron" şirkətləri ilə əməkdaşlıq edərək fenomenal nəticələr əldə edir. Müəllif yazır: "Azərbaycan boru kəməri dünyaya gündə bir milyon barel neft ixrac edir Neft Fondunun kapitalı 35 milyard dollardan çoxdur". Məqalədə həmçinin Azərbaycan dövlətinin başçısının sosial siyasətindən bəhs olunur. Qeyd edilir ki, başqa dövlətlərdə antisemitizm hökm sürdüyü, İsrail vətəndaşları təqib olunduğu halda, Prezident İlham Əliyev Bakının mərkəzində sinaqoqlar kilsələr açır. Müəllif terrorizmə qarşı mübarizədə Azərbaycanın etibarlığını vurğulayaraq senator Mak Keynə istinadla yazır ki, Əfqanıstanda Azərbaycanın xüsusi dəstələri mərdliklə bacarıqla əməliyyatlar aparmışlar.

Sonda R.Sübhani Birləşmiş Ştatlar hökumətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ-ın rolunu gücləndirmək üçün tədbirlər görməyə çağırır Prezident Obamaya Prezident İlham Əliyevi Vaşinqtona dəvət etməyi, bununla da dost müttəfiq kimi Azərbaycana minnətdarlığını nümayiş etdirməyi məsləhət görür.

 

 

Yusif BABANLI,

AzərTAc

Vaşinqton

 

Azərbaycan.-2013.- 28 mart.- S.4.