Parlamentlərarası İttifaq
ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri
müzakirə olunmuşdur
Ekvadorun
paytaxtı Kito şəhərində keçirilən
Parlamentlərarası İttifaqın 128-ci Assambleyasında
iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin
nümayəndə heyəti Assambleyanın baş katibi Andres
Consonla görüşmüşdür.
Nümayəndə
heyətinin üzvü deputat Fuad Muradov AzərTAc-a
bildirmişdir ki, görüşdə Parlamentlərarası
İttifaq ilə Azərbaycan arasında əməkdaşlığın
perspektivləri əsas müzakirə mövzusu olmuşdur.
Bildirilmişdir
ki, Azərbaycan bu beynəlxalq təşkilatla əməkdaşlığın
inkişafına böyük önəm verir.
Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov və nümayəndə heyətinin digər üzvləri Azərbaycanda gedən ictimai-siyasi proseslər, ölkədə həyata keçirilən islahatların uğurlu nəticələri barədə baş katibə məlumat vermişlər.
A.Conson Azərbaycan ilə əməkdaşlığın uzun illərdir davam etməsindən məmnun olduğunu bildirmişdir. Baş katib Azərbaycanın Cənubi Qafqazdakı mövqeyindən və dünyada artan nüfuzundan razılığını ifadə etmiş, münasibətlərimizin inkişafının hər iki tərəf üçün faydalı olacağını vurğulamışdır.
Milli
Məclis Sədrinin müavini Valeh Ələsgərovun rəhbərlik
etdiyi nümayəndə heyətinə Milli Məclisin
deputatları Səməd Seyidov, Cavanşir Feyziyev, Fuad Muradov
və Sahibə Qafarova daxildirlər.
Azərbaycan.-2013.- 28 mart.- S.4.