Pakistan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Asif Əli Zərdariyə

 

Hörmətli cənab Prezident!

 

Ölkənizin milli bayramı - Pakistan günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Pakistan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan möhkəm dostluq və sıx əməkdaşlıq  münasibətləri mövcuddur. Əminəm ki, əlaqələrimizin hazırkı yüksək səviyyəsini qoruyub saxlamaq və daha da inkişaf etdirmək məqsədilə bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Pakistan xalqına daim sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 mart 2013-cü il

 

Azərbaycan.-2013.- 28 mart.- S.1.