Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
xanım Əliyevanın təşəbbüsü
ilə Rusiyada Novruz bayramı münasibətilə xeyriyyə
aksiyası təşkil edilmişdir
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə fondun Rusiya nümayəndəliyi tərəfindən
Novruz bayramı münasibətilə Moskvada xeyriyyə
aksiyası təşkil olunmuşdur.
Heydər
Əliyev Fondunun Rusiya nümayəndəliyinin Rusiya Mədəniyyət
Fondunun Moskvadakı Xilaskar İsa Kafedral Kilsəsi ilə birgə
keçirdiyi aksiya çərçivəsində
Rusiyanın aztəminatlı ailələrdən olan
uşaqlara Novruz hədiyyələri təqdim edilmişdir. Xilaskar
İsa Kafedral Kilsəsində keçirilmiş bayram tədbirində
uşaqlara Novruz şirniyyatları, kitablar, müxtəlif hədiyyələr
paylanmışdır.
Azərbaycan.-2013.- 28 mart.- S.5.