Öz dəst-xətti ilə seçilən alim

 

Azərbaycan ədəbiyyatşünaslarının ömrünün altıncı onilliyini yaşayan nümayəndələri arasında öz dəst-xətti ilə diqqəti cəlb edən simalarından birifilologiya elmləri doktoru, professor Kamran İmran oğlu Əliyevdir. Gənclik illərindən yazıb yaratmaq həvəsi ilə qələmə sarılan Kamran Əliyev "Şərq qapısı", "İşıqlı yol" qəzetlərində kiçik xəbərlər və müxbir yazıları ilə çıxış etmiş, imzasını ictimaiyyətə tanıtmışdır.

Həmin yazıların hamısını, hətta nəyinsə unudulduğundan söhbət açılanları belə işıqlı bir ideal birləşdirirdi. Bu işıq müəllifin (K.Əliyevin) xoş sabaha dikilən ümidarzu dolu gözlərində, qələm məhsullarında görünür, dərs dediyi şagirdləri şəfqət dolu bağrına basan vətəndaş ürəyinin döyüntülərindən güc alırdı. Çünki o, vətənə və millətə layiqli oğul kimi xidmət eşqi ilə çırpınırdı. Xoşbəxtlikdən yüzlər, minlərlə belə gənclərdən fərqli olaraq Kamranın bəxt ulduzu romantik ənginliklərdə özünə möhkəm yer tuta bildi...

Tələbəlik illərində əbədiyyatşünaslıqda nəzəri fikrə və milli tənqidin inkişaf mərhələlərinə xüsusi maraq göstərdiyi üçündür ki, son kursda görkəmli tənqidçilərdən olan Mustafa Quliyevin ədəbi təndiqi fəaliyyətinin araşdırılması məsələsini diplom mövzusu seçdi. Həmin diplom işində M.Quliyevin tənqidçi-alim portreti yaradılmış, milli tənqidin inkişafındakı xidmətləri lazımi səviyyədə dəyərləndirilmişdi. Ona görə də mütəxəssislər tərəfindən bu diplom işi "əla" qiymətləndirilmişdi...

Kamran Əliyevin bəxt ulduzunun parıltısı xeyirxah insanların nəzərlərini daima ona yönəltdi və bu istedadlı, zəhmətkeş gəncin ömür yoluna nur dolu şəfəqlər saçmağa, onu yeni-yeni uğurlara imza atmağa sövq etdi. Azərbaycan SSR Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olduqdan az sonra öz istiqanlılığı, səmimiyyəti, ünsiyyətciliyi və çalışqanlığı ilə kollektivin sevimlisinə çevrildi. İnstitutun həyatında elə bir ictimai hadisə olmazdı ki, Kamranın fəallığı orada nəzərə çarmamış olsun...

K.Əliyev insanlığı, dostcanlılığı, işıqlı şəxsi keyfiyyətləri ilə yanaşı, tədqiqatçılıq istiqamətinə də sadiq qalaraq, bu dəfə XX əsrin əvvəllərində yaşayıb fəaliyyət göstərən Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşlərinin araşdırılması problemi üzərində çalışmağa başlamışdı. K.Əliyev namizədlik dissertasiyasında romantik ədəbi şəxsiyyətlərin - M.Hadi, H.Cavid, A.Səhhət, A.Şaiq, A.Divanbəyoğlu, A.Sur və başqalarının sənətə baxışlarının araşdırılması kimi kifayət qədər çətin bir mövzuya girişmişdi. Çünki burada söhbət romantiklərin poetikpublisistik əsərlərində, həmçinin müəyyən hallarda elmi məqalələrində özünə yer alan, çox zaman da çətinliklə sezilən sənət görüşlərinə aydınlıq gətirməkdən, beləliklə Azərbaycan ədəbiyyatında romantizmin hansı etno-mədəni, ictimai-tarixi əsaslar, ədəbi ənənələr üzərində formalaşıb kamalaçatma mərhələ və xüsusiyyətlərinin müəyyənləşdirilməsindən, milli romantik ədəbiyyatın təbiətinə elmi-nəzəri aydınlıq gətirilməsi probleminin həllindən gedirdi.

Tədqiqatlarında K.Əliyev problemin həlli üçün doğru yol seçmiş, birinci növbədə diqqəti romantik sənətkarların özlərinin ədəbi-nəzəri görüşlərinin, sənətə baxışlarının elmi izahına yönəltmişdi. Çünki onun haqlı qənaətinə görə romantizmin elmi-nəzəri əsaslarını elə romantik sənətkarların özləri hazırlayaraq əməli yaradıcılıq fəaliyyətləri ilə həyata keçirmişdilər. Problemə elmi yanaşma mövqeyinin dəqiqliyi, mövcud nəzəri və ədəbi materiallardan yararlanma bacarığı, tədqiqatçılıq səriştəsi, gənclik erudisiyası, çalışqanlığı və digər keyfiyyətləri Kamran Əliyevə dissertasiyanı tezliklə tamamlayıb uğurla müdafiə edərək, iddiasında olduğu filologiya elmləri namizədi alimlik dərəcəsini almaq haqqını verdi. Ancaq o, fəaliyyətini dayandırmadı; İnstitutun Gənc Alimlər Şurasının sədri, partiya təşkilatı bürosunun üzvü kimi daha da fəallaşmaq, milli-ədəbi fikrin  nəzərəçarpan müxtəlif çeşidli uğurlarına mətbuatda bir-birindən maraqlı məqalələrlə fəal alim-vətəndaş münasibəti bildirməklə yanaşı, əsas elmi-tədqiqat istiqamətini davam etdirməyə başladı. Bu dəfə Azərbaycan romantizminin obrazlar sisteminə elmi-nəzəri aydınlıq gətirilməsi kimi daha mürəkkəb bir problemin həllini qarşısına məqsəd qoyan K.Əliyev tezliklə öz məqsədinə çataraq filologiya elmləri doktoru alimlik dərəcəsi aldı. Bu işdə ona digər keyfiyyətləri ilə yanaşı milli romantizmin nəzəri əsaslarına, təbiətinə və yaradıcılıq özəlliklərinə dərindən bələd olması da əhəmiyyətli dərəcədə kömək oldu.

Professor Kamran Əliyev öz elmi araşdırmalarını getdikcə dərinləşdirərək romantizmin digər qaynaqlarına realizmlə, şifahi xalq ədəbiyyatı ilə əlaqələrinə, sənətkar və şəxsiyyət bütövlüyü məsələlərinə və s. aydınlıq gətirməyə başladı. Nəticədə, "XX əsr Azərbaycan romantiklərinin ədəbi nəzəri görüşləri", "Mirzə Fətəlidən Hüseyn Cavidə qədər", "Hüseyn Cavid şəxsiyyəti və poetikası", "Azərbaycan romantizminin nəzəriyyəsi", "Azərbaycan romantizminin poetikası", "Romantizmfolklor", "Hüseyn Cavid. Həyatı və yaradıcılığı" və s. monoqrafiyaları işıq üzü görüb maraqla qarşılandı. Bütün bunlar həm də daim yeniliyə canatma və araşdırıcılıq ehtirası K.Əliyevin elmdə yeni-yeni sahələrə baş vurub orijinal və əsaslandırılmış fikir və mülahizələr irəli sürməsinə stimul oldu, əvvəllər bir qədər ötəri toxunduğu və fikirlərini əsasən tezislər şəklində irəli sürdüyü folklor və yazılı ədəbiyyat, daha dəqiq desək yuxarıda göstərdiyimiz kimi, romantiklər və folklor probleminə yenidən, həm də əsaslı şəkildə baş vurdu. Tədqiqatlarındakı bu istiqamətdə dərinləşmə miqyas və mahiyyətcə daha da kamilləşərək epos poetikasına yönəldi. Bu dəfə K.Əliyev eposun poetikası: "Dədə Qorqud" və "Koroğlu" (2011) monoqrafiyasını elmi ictimaiyyətin mühakiməsinə verdi.

Monoqrafiyanın strukturundan görünür ki, professor problemi hissə-hissə, yəni elmi məqalələr şəklində qələmə almışdır. Lakin bu elmi məqalələr sanki bütöv bir əsərin paraqrafları, əsərin həsr olunduğu eposların vahid düşüncə sisteminə bütöv bir elmi dünyabaxışı özündə əks etdirən boyları (qolları) təsiri bağışlayır. Bu da K.Əliyevin tədqiq etdiyi hər hansı mətnə, ədəbi abidənin strukturlarına diqqət, sədaqət və ehtiram dolu alim baxışının özgünlüyünün ifadəsi kimi üzə çıxmışdır. Yəni monoqrafiyanın strukturu sanki hər iki eposun quruluşuna uyğunlaşdırılmış, onların boyuna biçilmişdir.

Bu hal monoqrafiyanın təkcə zahiri cəhətinə yox, həm də daşıdığı fikir yükünün orijinallığına və elmi məntiqi dərinliyinə aid edilməlidir. Belə ki, K.Əliyev haqlı olaraq əsas diqqəti etnosun yaratdığı eposdakı düşüncə və əxlaq dünyasının mətndə əksini tapan sisteminin elmi təhlilini verməyə çalışır. Məqsədinə çatmaq üçün türkün eposda əksini tapan məişət, əxlaq, dünyabaxış, yaşam tərzi sisteminin, dövlətçilik və cəmiyyət quruluşunun əsrlərin sınağından öz təzəliyini, fəlsəfi dərinliyini daim qoruyub saxlayaraq bu günümüzə (və gələcəyə) çatan daşlaşmış mədəniyyət sisteminin bütöv elmi mənzərəsini üzə çıxarır. Bunun üçün türk şeir texnikasının yaranma sisteminə, cəmiyyətin mənəvi-əxlaqi dəyərlərini əks etdirən cəhətlərə diqqət yetirir. Buraya türk şeirinin şəkil və alletrasiya təkamülü, atların yerişinə, istifadə sahəsinə görə adları hər igidə məxsus atın zəng çalarının daşıdığı məna və məzmun, qadınların adlarındakı epitetlər - "Boyu uzun Burla xatun", "Sarı donlu Selcan xatun", "Baybicənin qızı Banu Çiçək", oğuzKoroğlu igidlərinin xarakter və talelərini, fiziki və etnik-mədəni potensiallarını ifadə edən xarakterlər və s. aiddir.

 

Sağda oturan sağ bəglər!

Solda oturan sol bəglər!

Eşikdəki inaqlar!

Dibdə oturan xas bəglər!

 

təqdimatının sıralanmasının, düzümünün daşıdığı dövlətçilik sistemi məzmunu, Bayandur xanın taxtda oturmasının taxtdan ayrılmasının tale, aqibət işarəsi, igid andlarının, müraciət qarğışlarının eposda daşıdığı düşüncə tale yükü, Təpəgözlə bağlı boy, onun Aruz ölümlə əlaqəsi, Dəli Dorbul boyunun eposdakı zəruri yeri Oğuz elinin dinclik dövrünü əks etdirməsi barədəki elmi təhlil mühakimələr mətnin poetik strukturuna eposşünaslığın uğurlarına, həmçinin K.Əliyevin etnogenetik fikir bağlarına dayanıqlığı ilə inandırıcılığıı problemin elmi həllindəki mövcud fikir ayrılıqlarına aydınlıq gətirmək potensialı ilə diqqətə layiqdir.

Professor Kamran Əliyev eposşünaslıqla yanaşı tənqid ədəbi-nəzəri fikrin poetikası, ədəbiyyat tarixi ədəbiyyatşünaslıq məsələlərinə, vaxtilə Naxçıvan (özəl) universitetinin prorektoru kafedra müdiri, hazırda TQDK-nın əməkdaşı, dərslik dərs vəsaitləri müəllifi kimi təlim, tədris işlərinə, bədii publisistik yaradıcılıq sahələrinə ardıcıl diqqət yetirir. "Tənqidin poetikası" (2012), "Ədəbiyyatşünaslıq ədəbiyyatşünaslar" (2013), "Sədərək döyüşləri" (1992), "Zəli" (2013) kitabları Azərbaycan dili ədəbiyyata dair dərs vəsaitləri, onlarla elmi məqalə, elmi rəhbərlik, rəsmi opponentlik, elmi araşdırıcılıq sahəsinə rəhbərlik s. onun elmi elmi-metodiki fəaliyyətinin tam olmayan bəhrələridir. İnanırıq ki, professor Kamran Əliyev ömrünün növbəti onilliklərində özünün vətəndaş-alim təbiətinə sadiq qalacaq.

 

 

Alxan BAYRAMOĞLU,

filologiya elmləri doktoru,

professor

 

Azərbaycan.- 2013.-28 mart.- S.8.