Prezident İlham Əliyev
Qazaxıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 28-də
Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Amangeldi Jumabayevin etimadnaməsini qəbul etmişdir.
Səfir
fəxri qarovul dəstəsinin qarşısından
keçdi.
Amangeldi
Jumabayev etimadnaməsini Prezident İlham Əliyevə təqdim
etdi.
Sonra Azərbaycan
Prezidenti səfirlə
söhbət etdi.
Səfir Amangeldi Jumabayev Qazaxıstan Respublikasının
Prezidenti Nursultan Nazarbayevin salamlarını
dövlət başçısına
çatdırdı. Ölkəsinin
Prezidentinin Azərbaycan
ilə ikitərəfli
münasibətlərin daha
da genişləndirilməsinə
böyük önəm
verdiyini vurğulayan qazaxıstanlı diplomat əlaqələrimizin
bundan sonra da möhkəmləndirilməsində
səylərini əsirgəməyəcəyini
dedi.
Azərbaycan ilə Qazaxıstan
arasında ikitərəfli
münasibətlərin dinamik
şəkildə inkişaf
etdiyini vurğulayan dövlət başçısı
ölkələrimizin yaxın
qonşu, dost və tərəfdaş olduğunu
dedi. Qazaxıstan Prezidenti Nursultan
Nazarbayevlə görüşlərini
məmnunluqla xatırlayan
Prezident İlham Əliyev əlaqələrimizin
genişləndirilməsində yüksək səviyyəli
qarşılıqlı səfərlərin
önəmini qeyd etdi. Son illər ölkələrimiz arasında
əməkdaşlığın müxtəlif istiqamətlərdə,
o cümlədən siyasi,
iqtisadi, enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı
və digər sahələrdə uğurla
inkişaf etdiyini vurğulayan dövlət başçısı Azərbaycanın
da Qazaxıstan ilə əməkdaşlığın
daha da genişləndirilməsinə
böyük əhəmiyyət
verdiyini dedi.
Dövlət başçısı Prezident
Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qazaxıstan dövlətinin
başçısına çatdırmağı
xahiş etdi.
AzərTAc
Azərbaycan.-2013.- 29 mart.- S.1.