E.H.Həsənovun Azərbaycan
Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən
geri çağırılması haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1.
Eldar Hümbət oğlu Həsənov Azərbaycan
Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli
səfiri vəzifəsindən geri
çağırılsın.
2.
Eldar Hümbət oğlu Həsənov iqamətgahı Belqrad
şəhərində olmaqla Azərbaycan Respublikasının
Serbiya Respublikasında, Monteneqroda və Bosniya və
Herseqovinada fövqəladə və səlahiyyətli səfiri
vəzifələrində saxlanılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 28 mart
2013-cü il
Azərbaycan.-2013.- 29 mart.- S.1.