Ankaranın Kızılcahamam bələdiyyə
məclisi Xocalı soyqırımının
tanınması haqqında qərar qəbul etmişdir
Ankaranın
Kızılcahamam bələdiyyə məclisi yekdilliklə
Xocalı soyqırımının tanınması haqqında
qərar qəbul etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qərarda 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş soyqırımı-nın unudulmamalı, gələcək nəsillərə və bəşəriyyətə çatdırılmalı olduğu qeyd edilmişdir.
Qərarda,
həmçinin Xocalıda törədilmiş
soyqırımının ermənilər üçün
tarixi qara ləkə olduğu qeyd edilmiş, bu vəhşiliyin
bir nəslin yox edilməsi aktı olduğu
vurğulanmış və bu cinayəti törədənlərin
cəzalandırılmasının vacibliyi bildirilmişdir.
Azərbaycan.-2013.- 29 mart.- S.7.