Böyük Britaniya parlamentinin nümayəndə heyəti Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasında olmuşdur
Böyük
Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun üzvlərindən ibarət
nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Azərbaycanın
Böyük Britaniyadakı səfirliyinin və Avropa-Azərbaycan
Cəmiyyətinin birgə təşkilatçılığı
ilə baş tutan səfərin məqsədi ölkələrimiz
arasında mövcud siyasi, iqtisadi əlaqələrin daha da
inkişafına dair müzakirələr aparmaq, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həqiqətlərlə daha yaxından
tanış olmaqdır.
Nümayəndə
heyəti səfər çərçivəsində Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK)
olmuşdur.
AHİK-dən
AzərTAc-a bildirmişlər ki, konfederasiyanın sədri,
Milli Məclisin deputatı Səttar Mehbalıyev belə
görüşlərin ölkələrimiz arasındakı
ikitərəfli əməkdaşlığın daha da
genişlənməsi və möhkəmlənməsində
mühüm rol oynadığını söyləmişdir.
S.Mehbalıyev
qonaqlara Azərbaycanda həmkarlar ittifaqları hərəkatının
yaranma tarixi, keçdiyi yol və bugünkü fəaliyyəti
barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, Azərbaycanda həmkarlar ittifaqları hərəkatı
XIX əsrin 60-cı illərindən formalaşmağa
başlamışdır. AHİK ətrafında 1 milyon 600 min
insanı əhatə edən 26 üzv təşkilatı birləşdirir.
Konfederasiyanın üzv təşkilatlarında 17 min 173 həmkarlar
ittifaqı təşkilatı fəaliyyət göstərir.
Mülkiyyət münasibətlərinin dəyişdirilməsi
ilə bağlı xarici, özəl və birgə müəssisələrdə
həmkarlar ittifaqlarının təsis olunması diqqət mərkəzindədir.
Hazırda 3 min 778 xarici, özəl və birgə müəssisədə
həmkarlar ittifaqı təşkilatı təsis
edilmişdir ki, onlar da ətrafında 167 min 859 ittifaq
üzvünü birləşdirir.
S.Mehbalıyev
bildirmişdir ki, AHİK dünyanın 46 beynəlxalq təşkilatı
və milli həmkarlar ittifaqı mərkəzləri ilə əlaqələr
qurmuş, bir çox ölkələrin həmkarlar
ittifaqları mərkəzləri ilə əməkdaşlıq
haqqında müqavilələr imzalamışdır. AHİK
2001-ci ilin noyabr ayından dünya həmkarlarının ən
böyük ictimai qurumu olan, özündə 156 ölkədən
174 milyon həmkarlar ittifaqı üzvünü birləşdirən
Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının üzvüdür.
Diqqətə
çatdırılmışdır ki, konfederasiya tərəfindən
həyata keçirilən bütün tədbirlərin məqsədi
həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi
hüquqlarının müdafiəsinin qanunauyğun şəkildə
təmin olunması, onların rifahının
yaxşılaşdırılmasıdır.
Böyük
Britaniya parlamentinin nümayəndə heyətinin üzvləri
ölkəmizə səfərlərindən məmnunluqlarını
bildirmiş, Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti
barədə dolğun məlumata görə S.Mehbalıyevə
təşəkkür etmişlər.
AzərTAc
Azərbaycan.-2013.- 30 mart.- S.3.