Arxivlərdə erməni vəhşiliyini
təsdiqləyən sənədlər var
General Harvurd Amerika Senatına verdiyi 16 oktyabr 1999-cu il tarixli məlumatında yazırdı: "Qara dənizdən İran ərazisinə qədər gəzdim, amma erməni məlumatını təsdiq edən heç bir şey tapmadım". Əslində, arxivlərdə dünya dövlətlərinin bir çox görkəmli alimlərinin, səyyahlarının da erməni yalanını, qəddarlığını, hiyləgərliyini ifşa edən yüzlərlə sənəd var. Çox təəssüf ki, ermənilərin arxasında dayanan bəzi dövlətlər arxivlərin açılmasına heç vaxt meyilli olmayıblar. Çalışıblar ki, ermənilərin törətdikləri qanlı cinayətləri ört-basdır etsinlər.
Dünya
tarixinə nəzər salsaq bəlkə də ermənilər
qədər vəhşilik törədən ikinci bir millət
görmərik. Ötən əsrin bütün dönəmlərində
- 1905-1907, 1918-1920, 1946-1948-ci illərdə törədilən
cinayətlər də, soydaşlarımıza verilən
işgəncələr də bir-birinə bənzər olub.
Ermənilər körpələri divara mismarlayıblar. Qadınları lüt-üryan halda saçlarından asıb nişan alıblar. Kimin gülləsi tapşırılan hədəfə dəyərmişsə, ona böyük mükafat verilərmiş. İnsanları qaynar su il yandırıb sonra cəsədlərini itlərə atarmışlar. Ən dəhşətlisi də budur ki, qaniçən Stepan Şaumyan Bakıda otura-otura bütün daşnaklara başçılıq edirdi. Onun oğlu isə daşnak liderlərindən biri kimi pulemyotçuların başında dayanırdı.
...O vaxtdan çox illər ötməsinə baxmayaraq, erməni xisləti dəyişməyib. "Daşnaksütyun" partiyasının qanlı əməlləri davam edir və yenə günahsız azərbaycanlılar ağır işgəncələrə məruz qalırlar. Ötən il telekanalların birinə müsahibə verən erməni polisi "Daşnaksütyun" partiyasının liderlərinin hərəsinin qapısında bir azərbaycanlı əsir olduğunu və onları it zənciri ilə qapıya bağladıqlarını deyirdi. Xocalıdan olan Mehman adlı əsirin başına gətirdikləri müsibəti açıqlayan polis öz ermənilərinin vəhşiliklərindən heyrətini gizlədə bilmirdi.
Kəndimizdə 90 yaşlı Süleyman babadan erməni-müsəlman davası haqqında çox eşitmişdim. O deyirdi ki, ermənilər filankəslərin (heyif ki, adlar uşaq yaddaşımda qalmayıb) kürəyinə qaynar samovarı bağlayıb onları qaçırdırdı. Bu biçarələr də yandıqca ah-nalələri ərşə qalxırdı.
Sonra ermənilərin verdikləri bu iyrənc işgəncələri öz gözümüzlə gördük. Xocalı faciəsi zamanı daha çox dərisi soyulan cəsədlərə rast gəldik. Ağdam məscidinə gətirilən cəsədlərin içində 5-6 yaşında bir oğlan uşağı vardı ki, onun ürəyini çıxarıb boğazından asmışdılar. Düşünürük ki, bütün bunları öz gözü ilə görənlər erməniləri müdafiə edənləri insanlıqdan kənar saymaqda haqlıdırlar. Ermənilərin qaniçən əməlləri sanki bir proqram üzrə icra olunur. Bu gün də Xocalıdan çəkilən lentləri dünyaya yayımlayıb özlərini ölən, qırılan tərəf kimi göstərirlər. Bəlkə də ən dözülməzi elə budur.
Ermənilərin saysız-hesabsız qanlı
cinayətləri var, onlar
tarix qarşısında cavab
verməlidirlər. Təkcə Kəlbəcərin
Ağdaban kəndində törətdikləri
əməllər bəs edər ki, erməni
qaniçənləri beynəlxalq məhkəmə
qarşısına çıxarılsın. 1992-ci il aprelin 7-dən 8-nə
keçən gecə Ağdaban kəndi
tamamilə erməni quldurları tərəfindən yandırılmış, 779 nəfər dinc
sakinə qeyri-insani işgəncələr
verilmişdir. 67 nəfər qətlə yetirilmişdir. 8 nəfər 90-100
yaşlı qoca, 2 nəfər
azyaşlı uşaq, 7 nəfər
qadın diri-diri odda
yandırılmışdır.
Erməni
vəhşiliyinin həm uzaq, həm də yaxın
keçmişimizdə ağır izləri var. O da həqiqətdir
ki, dünya dövlətləri indiyə qədər nə bu
cinayətlərin adını çəkir, nə də Ermənistana
hər hansı bir sanksiya tətbiq edirlər.
Görünür, şər qüvvəli alət kimi ermənilər
hələ bir çoxlarına lazımdır...
Zəkurə QULİYEVA
Azərbaycan.-2013.- 31 mart.- S.3.