«Azərbaycanlıların
soyqırımı arxiv sənədlərində»
mövzusunda I beynəlxalq elmi konfrans keçirilmişdir
Ìartın 30-da "Ambassador" otelində Azərbaycan Universitetinin (AU) və Gənclərin Elmi Araşdırmalarına Dəstək
(GEAD) İctimai Birliyinin
təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Azərbaycanlıların
soyqırımı arxiv
sənədlərində" mövzusunda I beynəlxalq
elmi konfrans keçirilmişdir.
AU-dan AzərTAc-a bildirmişlər ki, əvvəlcə konfrans iştirakçıları Fəxri
xiyabana gələrək,
xalqımızın ümummilli
lideri, müasir müstəqil dövlətimizin
memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş,
məzarı önünə
əklil və gül dəstələri
qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunmuş, məzarı
üzərinə gül
dəstələri düzülmüşdür.
Sonra Şəhidlər
xiyabanında tədbirin
iştirakçıları Azərbaycanın azadlığı
və suverenliyi uğrunda mübarizədə
canlarından keçmiş
qəhrəman vətən
övladlarının xatirəsini
ehtiramla yad etmiş, məzarları üzərinə güllər
qoymuşlar.
Milli Məclisin
deputatlarının, alimlərin
və xarici ölkə nümayəndələrinin
iştirak etdikləri
konfransda əvvəlcə
31 mart soyqırımı qurbanlarının
xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Plenar iclasda AU-nun rektoru Eldar Qəhrəmanov çıxış edərək bildirmişdir ki, Osmanlı arxivlərinin açılması uydurma erməni soyqırımının təxəyyül məhsulu olduğunu sübut edir. Bu arxivlərin açılması erməni yalanının ifşası, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün geniş imkanlar yaradır. Gənc tədqiqatçılarımız bu mənbələrdən maksimum dərəcədə faydalanmalıdırlar.
Konfransda Gənclərin Elmi Araşdırmalarına Dəstək İctimai Birliyinin sədri, dosent Məmmədəli Babaşlı GEAD-ın fəaliyyəti haqqında məlumat vermiş, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlər, qəbul edilmiş qətnamə və sənədlər haqqında məlumat vermişdir.
Tədbirdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı tədbirin əhəmiyyətindən danışaraq saxta soyqırımı mövzusunun ermənilər və onların havadarları tərəfindən ideoloji mübarizə silahı kimi istifadə olunduğunu bildirmişdir. M.Qurbanlı demişdir: "Ermənilər və onların havadarları beynəlxalq ictimaiyyətin şüuru uğrunda təbliğat aparırlar. Onlar öz cinayətlərini saxta soyqırımı iddiası ilə gizlətməyə çalışırlar. Lakin həqiqəti heç kəs gizlədə bilməz. Həqiqət uğrunda aparılan müharibə ən ədalətli müharibədir. Bu konfrans, Azərbaycan və soyqırımı həqiqətlərinin dünyaya çatdırılması baxımından çox əhəmiyyətlidir".
Konfransda Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova GEAD-ın fəaliyyətinin təqdirəlayiq olduğunu bildirmişdir. Qeyd etmişdir ki, həqiqəti axtaran və bilən gənclər daha güclü olacaqlar. İnsan haqlı olduğu predmetə daha yaxşı sahib çıxır, onu daha yaxşı qoruyur. Bizim belə gənclərə ehtiyacımız vardır. R.Aslanova təqvimdə belə hüznlü günlərin bir daha yaşanmamasını arzulamışdır.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan diqqətə çatdırmışdır ki, saxta soyqırımı iddiasından Türkiyəyə təzyiq vasitəsi kimi istifadə olunur. Həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Azərbaycan və Türkiyə birlikdə hərəkət etməlidir.
Sonra konfrans işini Milli Məclisin deputatı, professor Musa Qasımlının və Türk Tarix Qurumu Erməni Araşdırmaları Masası başqanı professor İbrahim Ethem Atnurun sədrliyi ilə iki bölmədə davam etdirmişdir. Bölmələrdə "Azərbaycanlılara qarşı törədilən soyqırımlar", "Şərqi Anadoluda türk əhalisinə qarşı törədilən soyqırımlar", "Azərbaycanlılara qarşı törədilən soyqırımla bağlı Türkiyə arxivlərindəki sənədlərin mövcud vəziyyəti", "Azərbaycanlılara qarşı törədilən soyqırımla bağlı Azərbaycan arxivlərindəki sənədlərin mövcud vəziyyəti", "Azərbaycanlılara qarşı törədilən soyqırımlar ölkə və dünya mətbuatında", "Azərbaycanlılara qarşı törədilən soyqırımlar gənc tədqiqatçıların araşdırmalarında" məsələləri müzakirə olunmuşdur.
Konfransın
sonunda Prezident İlham Əliyevə müraciət qəbul
olunmuşdur.
AzərTAc
Azərbaycan.-2013.- 31 mart.- S.4.